Menu

“Makronun anti-Azərbaycan bəyanatı Kremli fəallaşdırıb” - Ekspert

15.10.2022, 00:06
“Makronun anti-Azərbaycan bəyanatı Kremli fəallaşdırıb” - Ekspert

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib. Rusiya mediası Putinin Astanada MDB dövlət başçıları Şurasındakı çıxışında belə bir təkliflə çıxış etdiyini yazıb. Putin qeyd edib ki, Moskva daima Qarabağ daxil olmaqla istənilən münaqişənin tənzimlənməsinə səmimiyyətlə çalışıb.

Eyni gündə Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Bundan başqa Lavrov deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana Avropa İttifaqının İrəvana göndərdiyi missiyaya bənzər qrup yollaya bilər.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Kreml açıq-aşkar Avropa İttifaqının və ABŞ-ın fəallaşan vasitəçilik təşəbbüslərindən narahatdır. Onun sözlərinə görə, Putin və Lavrovun məntiqi sadədir: “İkinci Qarabağ müharibəsi Rusiyanın səyi ilə dayandırıldı, məhz Kremlin vasitəçiliyi ilə 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında iki bəyanat qəbul edildi, indi isə Vaşinqton və Brüssel təşəbbüslərimizi əlimizdən almağa çalışır, bu yolverilməzdir”.

Ekspert qeyd edir ki, Fransa Prezidenti Emmanuel Makronun son ermənipərəst, anti-Azərbaycan, eyni zamanda anti-Rusiya bəyanatı vəziyyəti daha da qəlizləşdirdi. "Makronun açıqlaması Avropa İttifaqının təşəbbüslərinə kölgə salmaqla yanaşı Kremlin fəallaşmasına şərait yaratdı", - təhlilçi vurğulayıb.

Rasim

"AzPolitika.info"

Şərhlər

Mubariz 2022-10-15 11:15:10

Makron da ,Putində eynidir .Makronun bir sözü düzdür -Rusiya Qafqazda stabilliyə imkan vermir .Putin sıxışdığından Makrona etiraz edir yoxsa əvvəllər eyni mövqedən çıxış edirdilər ,torpaqlarımızı işğaldan qurtarmağa imkan vermirdilər ,belə ki ,hər ikisi Minsk qrupunun həmsədrləri idi .İndi yalnız şərtlər dəyişib ,

Azadi 2022-10-15 09:13:22

Ermənistanın 27 sentyabr 2020 tarixli hücumu, artıq 33 il Hərbi İşğalda saxlanmış Azərbaycana vətənin azadlığı müharibəsindən qeyri çıxış yolu qoymamışdı? E.Makronun da ifadəsində gerçək var ki, Kreml on illərlə İşğalçıya Hərbi Dəstək verdiyi kimi, Azərbaycana erməni-daşnaq işğalından tam azad olmaq imkanı verə bilərdi?

Cəmşid Dərələyəzli 2022-10-15 09:04:52

Makron əvvəldən də belə idi. Sadəcə bizim Ölkə Başçısı onun sələflərinə xatir bəlkə düzələr düşüncəsi ilə həmişə ona yaxınlaşıb və təmas qurub.. Amma əbəs imiş, gədadan adam olmaz. Makron Avropanın təlxəyidir. Əslində bizim deyimlə, o toy toxlusuna bənzəyir. O bunu dünya dövlətlərinin tədbirlərinə qatılanda arzu olunmayan terzde dövlət başçılarının ayaq üstü ikili və üçlü söhbətlərinə qatılmalarında daha çox büruzə verir. Yəni oradakı üzsüzlüyü və düşüklüyü, bir zad bizdəki Ata Abdullayev adlı zadın (məhz o davranışlarına görə indi zindanda) hereketlerinə oxşayır. Onda zərrə qədər ciddiyat yoxdur. Makron Həyat da olduğu kumu, siyasətdə də ayağı və dili sürüşkendir. Əslində Makron indiki halda Fransa xalqının aynasıdır. Onlar bu aynada özlerini necə görür və hiss edirlər maraqlıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol