Menu

Rusiya ağır itkilər verməkdə davam edir- 30 dəqiqə ərzində 7 hava hədəfi məhv edilib

15.10.2022, 15:29
Rusiya ağır itkilər verməkdə davam edir- 30 dəqiqə ərzində 7 hava hədəfi məhv edilib

Ukrayna Hərbi Hava Qüvvələri 30 dəqiqə ərzində 7 hava hədəfini məhv edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “feysbuk” hesabından edilən paylaşımda bildirilir.

Paylaşımda qeyd olunur ki, gecə yarısı saat 00:00-dan 00:30-a qədər Rusiyaya məxsus 6 ədəd İran istehsalı “Şahed-136” kamikadze pilotsuz uçuş aparatı və bir hücum helikopteri məhv edilib.

Hava hədəflərinin ölkənin cənubunda və şərqində zərəsizləşdirlidiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol