ABŞ sakinlərinin əksəriyyəti 2024-cü ildə keçiriləcək prezident seçkilərində Amerika lideri Cozef Baydenə səs vermək fikrində deyil.
“Report” xəbər verir ki, bu barədə “Fox News” televiziyasının keçirdiyi sorğunun nəticələri göstərir.
Qeyd olunub ki, respondentlərin 54%-i başqasına, 33%-I isə Baydenə səs verməyə hazırlaşır. Vurğulanıb ki, Bayden üçün bu, onun ikinci müddətə getmək planlarının təsdiqlənməsinin ən aşağı göstəricisidir.
Telekanalın araşdırmasına görə, doqquz ay əvvəl hazırkı dövlət başçısının yenidən seçilməsinə qarşı çıxanların sayı da daha çox idi - 60%.
Demokratlar Partiyasının tərəfdarları ən çox Baydenin ikinci müddətə getmək istəyini dəstəkləyir - 71%, respublikaçıların 91%-i başqa namizədə səs verməyə hazırlaşır. Eyni zamanda, müstəqil seçicilərin 13%-i Baydeni dəstəkləyir.


Şərhlər
ABŞ-da prezident seçilmir,təyin olunur.Seçkilər optik aldanışdır.Sovet liderləri necə "seçilirdisə" ABŞ prezidenti də eləcə "seçilir".Sovetdə seçkilərin demokratikliyi illüziyasını yaratmaq üçün kim seçkiyə getmirdisə onun qapısına seçki qutusunu gətirirdilər ki,səs ver.Sən də baxırdın ki,hər halda mənim səsimin də əhəmiyyəti var ki,qapıma qədər gəliblər seçki məntəqəsindən.Amerika cəmiyyətinin Sovet cəmiyyətindən fərqi o idi ki,Sovet adamları özlərini elə aparırdılar ki,guya işləyirlər,hökümət də özünü elə aparırdı ki,guya maaş verir.Hamı işə gedib vaxtında çataraq günortaya qədər çay içə-içə qəzet-jurnal oxuyurdu,onun-bunun qeybətini eliyirdi,gənclər səhər işə gələndən sonra bir bəhanə tapıb aradan çıxırdılar,şəhəri gəzib bir də günortadan sonra gəlirdilər,bəhanə olmayanda hansı otdeldə qəşəng qız varsa gedib çayını içə-içə saatlarla mırt vururdular,saat 12-dən qadınlar evdən gətirdiyi yeməkləri elektrik plitəsində qızdırırdı.Hətta küftə-bozbaş bişirən,dovğa çalan,dolma bükən də olurdu evdən qıyma və kələm gətirərək.Sonra obed,obeddən sonra da o biri otdellərdən oxunmamış qəzetləri alıb oxunmuşları o otdellərə verirdilər,saat 4-də yavaş-yavaş yığışdanırdı hamı ki,5 olan kimi çıxıb qaçsın hərə öz xarabasına əyri-üyrü avtobuslarda pomidor kimi əzilə-əzilə.Buna baxmayaraq adamlarda adamlıq vardı Amerikadakıların əksinə olaraq.Seçki isə elə bu günkü Amerikadakı kimi donqiliydi.