“Azərbaycan Qarabağ zəfərindən sonra Ermənsitana əsaslı sülh təklif etdi”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.
“Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”, - o bildirib.
M.Çavuşoğlunun fikrincə, sülh müzakirələri sürətlənərək davam etməlidir: “Bu, Cənubi Qafqzdakı sabitlik üçün son dərəcə vacibdir”.


Şərhlər
Dəhlizlər eyni statusda olmalı,lakin onun qorunması işğalçı rus ordusuna yox,NATO-ya həvalə olunmalıdır.İkincisi,"Laçın dəhlizi" nəyə deyirik?Əgər orda qondarma qurum yoxdursa,onda bu "dəhliz" nəyə lazımmış?Bizim ərazidə yaşayan ermənilər,bizim büdcə təminatına alınacaqsa onların ac ermənistanla nə əlaqəsi?Çalışmalıyıq ki,rus işğalçı ordusunun bu yerlərdə qalması mümkün olmasın!