Menu

LEYLA ABDULLAYEVAYA YENİ VƏZİFƏ VERİLDİ - Prezident yeni səfirlər təyin etdi + ADLAR (Yenilənib)

17.10.2022, 19:13
LEYLA ABDULLAYEVAYA YENİ VƏZİFƏ VERİLDİ -  Prezident yeni səfirlər təyin etdi + ADLAR (Yenilənib)

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bundan əlavə Prezident İlham Əliyev sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Prezidentin digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Elçin Tələt oğlu Bağırovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb

Dövlət başçısının digər sərəncamı ilə, E.T.Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Şərhlər

Sabir 2022-10-21 19:39:41

Elcini cox yaxshi taniyiram.....

Musa 2022-10-21 18:04:19

Leyla Abdullayevani xanimi tebrik edirem. Elcin Bagirov bu dovlete qara lekedir,,kor bagirsaq idi, kesib atdilar.

Mərdan 2022-10-19 13:52:32

BƏƏ yə səfir təyin olunan Elçin protokol xidmətinin rəisi olan vaxtlarda mənim bacım oğlunu polis orqanından xaric elətdirib.

Aziz 2022-10-18 20:38:22

Kadr islahatlari yalniz papa mama ve tapsirilan sexsler uzerinden heyata kecirilir. Sekide illerdir veziyet berbad haldadir hec kimin vecine deyil. Sarayda oturanlar oz qohum eqrabalarini vezifeye teyin etdirende ve oz islerine yarayan el altilarini vezifede saxlayanda ele bele de berbad halda da olmalidir. Prezidente milli savadli vetenperver ve satqin olmayan kadrlar bilerekden teqdim edilmir!!!

rahat 2022-10-18 11:56:20

Naxçıvan mtn o 2012 -ci il dövrki işçisi Pərviz adlı şəxs canavar kimi Fetonun üstünə düşmüşdü.

vaqif 2022-10-18 11:50:58

FETOcular öldürülməlidir bəyəm. 2012 -ci ildən Fətullaçılar naxçıvan territoriyasında ciddi şəkildə izlənirdi.nOnların məktəbləri bağlandı xəbərəiniz olsun ümid etmək olar ki xarici işl

Arif əli 2022-10-18 11:14:23

fetocular səfir göndərilir biz ac yalavac oturmuşuq

dadaşyev 2022-10-18 01:01:51

Leyla xanımı təbrik edirəm.Fransa kimi çətin bir ölkədə uğurlar xanım qızımıza.

ali 2022-10-18 00:17:25

şəkildə gördüklərinizin əksəriyyəti ELmar Mammedyarovun yetirmələridir, yani çox bir şey dəyişməyib... B

Azer 2022-10-17 18:02:41

Elcin Bagirov ishlediyi 20 ile yaxin muddetinde yuerlerle insani lekelyib evin yixib, onlarla insani heps etdirib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol