Menu

“Azərbaycanla ortaq mədəniyyəti, tarixi və taleyi paylaşırıq” - Şimali Kipr Prezidenti

18.10.2022, 11:22
“Azərbaycanla ortaq mədəniyyəti, tarixi və taleyi paylaşırıq” - Şimali Kipr Prezidenti

“Azərbaycanla ortaq mədəniyyəti, tarixi və taleyi paylaşırıq”.

“Report” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tviterində yazıb.

O, Azərbaycan dövlətini və xalqını təbrik edib.

“Can Azərbaycanı 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ən səmimi arzularla təbrik edir, Azərbaycan xalqına öz adımdan və Şimali Kipr xalqı adından sevgi və salamlarımı çatdırıram”, - dövlət başçısı bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol