Menu

Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ

18.10.2022, 18:57
Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlər “Kapital Bank” ASC adından vebsəhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilməsi və pul vəsaiti təklif olunması barədə xəbərdar edib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, onlardan vəd olunan məbləğ üçün saxta vebsəhifəyə bank və digər fərdi məlumatlarını daxil etməsi istənilir: "Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür. Eyni zamanda bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan “1654” qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur".

Şərhlər

dadaşyev 2022-10-18 22:02:01

Ay millət,Azərbaycanda hansı qurum sizə bircə manat da olsa təklif edirsə bilin ki ya sizi axmaq hesab edir,ya da özü axmaqdı.Çünki bizdə millətə pul verən əl o saat quruyub qaxac olar.Əl qurumasın deyə heç vaxt heç kim millətə bir qəpik də vermir.Şüarımız da budu ki,"Canın çıxsın yaşa,yaşayammırsansa öl qurtar".Babək də o vaxtlar buna görə deyib ki,pul elə azadlıq kimidi,verilməz,alınar.Çünki bilib ki,heç kim heç vaxt ona durub dururkən gətirib bircə manat verən deyil Bəzz qalasında.Ona görə də ərəblər gözəl qızları göbəkrəqsi oynadanda özü qoşun başında gedib pullarını alıb yekədodaq ərəblərin.Gəlib qalasına yeyib içib xoş keçib,həmin o göbəkrəqsi oynayan qızlar ki vardı,bax onları da gətirib özü oynadıb qabağında.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol