Menu

“Avropa bazarında Rusiya qazının payı 9%-ə düşüb” - AK rəhbəri

18.10.2022, 19:46
“Avropa bazarında Rusiya qazının payı 9%-ə düşüb” - AK rəhbəri

Avropa İttifaqı (Aİ) enerji təchizatının şaxələnməsi üzərində işləməyə davam edir.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen enerji məsələləri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Biz tədarüklərimizi xeyli şaxələndirmişik. Avropa bazarında Rusiya qazının payı 9%-ə qədər azalıb. Birinci əsas məqsədimizə nail olmuşuq”, - o deyib.

AK rəhbəri onu da qeyd edib ki, Aİ ölkələrinin qaz anbarları 92 faiz doludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol