Menu

Zelenski Ukraynanın Qazaxıstandakı səfirini vəzifəsindən azad edib

19.10.2022, 09:45
Zelenski Ukraynanın Qazaxıstandakı səfirini vəzifəsindən azad edib

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Qazaxıstandakı səfiri Pyotr Vrublyoskini işdən azad edib.

APA “Strana”ya istinadən xəbər verir ki, bu barədə fərman prezidentin saytında dərc edilib.

Xatırladaq ki, bu ilin yayında səfirin ətrafında yaranmış qalmaqala səbəb onun “Ukraynada daha çox rus öldürməyə çalışırlar” sözləri olub.

Bu hadisədən sonra Qazaxıstanla çərçivəsində əməkdaşlıq edən Rusiya Ukrayna səfirinin Qazaxıstandan geri göndərilməsini tələb etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol