Menu

Bakıda at oynadan "avtoş"a SƏRT CƏZA

12.11.2014, 12:39
Bakıda at oynadan "avtoş"a SƏRT CƏZA

Daxili İşlər Nazirliyi (DİN) bir neçə gün öncə elektron mediada və sosial şəbəkələrdə Yasamal rayonunda “Ağ çiçəyim” şadlıq sarayının ətrafında naməlum sürücünün avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntü ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus "VAZ-2107" markalı avtomobillə edib. Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol