ERMƏNİLƏR SƏRHƏDƏ BÖYÜK CANLI QÜVVƏ YIĞIR – Muzdlu hərbçilər daşınır + VİDEO

Ermənistanın sərhəd ərazisində təxribata hazırlıq gördüyü haqda daha bir görüntü yayılıb. Musavat.com xəbər verir ki, görüntülər ötən gün erməni Teleqram kanallarında paylaşılıb.

Videoda erməni hərbçilərdən ibarət yük maşınlarının sərhədə istiqamət aldığı bildirilir.

Qeyd edək ki, bundan öncə Azərbaycan MN Ermənistanın sərhədə artilleriya və canlı qüvvə yığdığını açıqlamış, Ermənistan MN isə bu faktı təsdiq edərək, “cavab tədbiri” olduğunu bildirmişdi. 

Daha sonra isə sosial şəbəkələrdə muzdlu hərbçilərin və işlənmiş avtomobil şinlərinin sərhədə daşındığını əks etdirən görüntülər də yayılmışdı.

635x100

Şərhlər

qaraguruh 2022-10-22 03:46:20

Qəmlo demişgən necə nişangaha gəlirlər

Camal 2022-10-21 09:27:32

Toplaşsınlar bir yerə, təxribat törətsələr, milçək kimi əziləcəklər

Son yazılar