Menu

Laçında minaya düşən şəxslərdən biri ölüb

22.10.2022, 10:06
Laçında minaya düşən şəxslərdən biri ölüb

Ötən gün Laçında minaya düşən şəxslərdən biri ölüb.

APA-nın əldə etdiyi məlumata görə, Suarası kəndində təmir-tikinti işləri aparan zaman minaya düşən Elsevər Həmidov müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, ötən gün Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol