İLHAM ƏLİYEVDƏN TEHRANI SİLKƏLƏYƏCƏK MESAJLAR! - Prezident Güney Azərbaycan hədəfinə start verdi! + VİDEO

"Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir".

"AzPolitika.info" xatırladır ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən bildirib. 

Qeyd edək ki, Prezidentin bu fikirləri artıq azərbaycanlılara qarşı təhdidləri, hədyanları ən yüksək səviyyədə dilə gətirməkdən çəkinməyən İran rejiminə açıq mesaj hesab olunur.

Məsələ ondadır ki, rəsmi Bakı nə qədər görməzdən gəlsə də, Tehrandakı yarımçıq siyasətçilər, tiryəkin təsirindən ayılmayan İran rejiminin təmsilçiləri Azərbaycana qarşı olan düşmən mövqelərini dəyişmək istəmirlər. Azərbaycan müstəqillik qazanandan bu yana hər zaman dövlətimizə zərbə vurmağa çalışıblar. Ermənistanın Qarabağa işğalına dəstək verməklə kifayətlənməyib, Azərbaycanı parçalamaq üçün öz zərərərli və dağıdıcı ideologiyalarını ölkəmizdə yaymağa cəhd etməkdən, dövlətimizə qarşı çıxan vətən xainlərini, terrorçuları Tehranda qorumaqdan çəkinməyiblər.  

Əvvəllər İranın siyasi rəhbərləri niyyətlərini açıq biruzə verməz, əsasən, fars rejiminə xidmət edən generallar, axundlar,  əyalət mollaları, qəzet yazarları, telekanal təbliğatçıları ölkəmizə qarşı nifrət və kin qusurdular.

Son iki ildə, Azərbaycanın 44 günlük Qarabağ Zəfərindən sonra isə İranın rejimi daha da aqressivləşib, ölkəmizə yönəlik düşmənçiliklərini artıq ən yüksək səviyyədə göstərməyə başlayıblar. Hətta İran ərazisinin böyük hissəsinin türk yurdu olduğunu "unudaraq",  Azərbaycanı “İranın tarixi əyaləti” adlandıracaq qədər qəflətə düşüblər. Belə görünür ki, Azərbaycanın cəmi 44 gündə Qarabağı işğaldan azad etməsi, dövlətimizin və ordumuzun gücü İran rejiminin yuxusunu qaçırıb. Və artıq öz xəbis niyyətlərini açıq biruzə verməyə başlayıblar. 

Azərbaycan rəhbərliyi bu cür sayıqlamalara uzun müddətdir, təmkin göstərib, özünü soyuqqanlı aparıb. Ancaq artıq necə deyərlər, bıçaq sümüyə dirənib. Belə anlaşılır ki, iranlı generalların və mollaların ard-arda və açıq-aşkar anti-Azərbaycan mövqeyi tutmaları, gənc və dünyəvi respublikanın xalqını incidən ifadələr işlətmələri, hədələr biçmələri Azərbaycan rəhbərliyinin səbr kasasını doldurub.  Artıq İran rəsmilətrinə başa düşdükləri dildə mesaj verilir.

Təsadüfü deyil ki, prezident postunda olduğu 19 ildə cənab İlham Əliyev ikinci dəfədir ki, (birinci dəfə ötən ilin oktyabrında İranın əsassız iddialarını sərt çəkildə cavablandırmışdı-red.) İrandan gələn iddialara bu qədər açıq cavab verməyə ehtuyac duyb. Dövlətimizin başçısı Zəngilan aeroportunun açılışından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında bildirib: “Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Bu fikirlərin ilk növbədə məhz İranın təhdidlərinə cavab olduğu şübhə doğurmur. Çünki İran hazırda  Ermənistanı müdafiə etməklə kifayətlənməyib, İrəvanın Bakı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olur, Azərbaycanın dövlət suverenliyin təhdid edən siyasət yürüdür. Açıq çəkildə Ermənistanın müttəfiqi olduğunu bəyan edir.

Belə şəraitdə Azərbaycanın da öz müttəfiqinin hansı dövlət olduğunu xatırlatması təbiidir. Bu gün Azərbaycan - Türkiyə müttəfiqliyi bölgədə aparıcı qüvvədir. İki ölkə arasında qardaşlıq, müttəfiqlik münasibətləri az qala konfederasiya şəklindədir. Artıq Azərbaycana hücum Türkiyəyə hücum deməkdir. Getdikcə hədini aşan İrana əvvəlcə bu xatırladıldı...

Azərbaycan Prezidenti açıq mətnlə dedi ki, üçüncü qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tutarsa və ya bu mövqeni davam etdirərsə, Türkiyə-Azərbaycan birliyi ilə qarşı-qarşıya gələcək. Konkret olaraq, bu fikir hazırda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, sərhədlərimizdə hərbi təlimlər keçirən İrana mesajdır...

229235.jpg (242 KB)

Dövlət başçısı növbəti və İranı silkələyəcək mesajını isə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdat Amreyevi qəbul edərkən səsləndirdi:  "Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə, edəcək. Bu, əcdadlarımızın böyük irsidir. Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk dünyası fraqmentləşdirilib və hələ indi də bizim diqqətimizi və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur. Lakin Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində artıq birləşiblər... Əlbəttə, Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir. Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq.

Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər..."


"Yeni Musavat" yazır ki, Prezidentin bu fikirlərinin də birbaşa İrana aidiyyatı var.  Bu ölkədə yaşayan, bütün hüquqlardan məhrum olmuş 35 milyon soydaşımız var. Azərbaycan indiyə qədər İranın daxilindəki xoşagəlməz proseslərə ona görə müdaxilə etməyib, hətta etiraz bəyanatı ilə belə çıxış etməyib ki, rəsmi Tehran onu “daxili işlərə qarışmaq”da ittiham etməsin və İran xalqı öz problemini özü həll etsin.

Ancaq belə görünür ki, bu məsələdə də bıçaq sümüyə dayanıb və Azərbaycan dövləti hüquqları pozulan milyonlarla soydaşımıza dəstək verməyə, onların haqqının verilməsini tələb etməyə hazırdır.

Çünki hələ ötən illərdə prezident  İlham Əliyev “mən təkcə Azərbaycan Respublikasında yaşayan xalqın yox, bütün dünyada yaşayan 50 milyon azərbaycanlının prezidentiyəm” demişdi. Hazırkı dövrə kimi harada yaşamasından asılı olmayaraq öz vətəndaşlarının hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün qarşısında duran vəzifələri yerinə yetirən Azərbaycan dövləti bundan sonra dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli identikliyinin qorunub saxlanması vəzifəsini icra etməyə mükəlləf olduğunu bəyan edir.

Əslində, bu dünya pratikasında yeni təmayül deyil. Dünyanın bütün güclü dövlətləri öz soydaşının milli zəmində ayrı-seçkiliyə məruz qalmasına qarşı çıxır, onların hüquqlarını qoruyur. 

Artıq Azərbaycan da bu dövləti təsis edən millətin kənarda yaşayan fərdlərinin müdafiəsini öz prioritetlərindən biri elan edir. İndi, necə deyərlər, qoy Tehran rejimi fikirləşsin!

Elman

"AzPolitika.info!


635x100

Şərhlər

Şahin 2022-10-23 21:53:14

Halaıdı Sizə bölgəyə Rəhbər lazımdı. Yoxsa mollaların anaları öldü indi ... Siz hər bir arzunuzu gerçəkləşdirməyə qadirsiz Cənab Prezident.

t.ədalət 2022-10-22 20:50:16

Cənab Prezidentin bu MESAJI Cənublu,Şimallı azərbaycanlarının çoxdan arzuladığı bir mesajdır.İlk dəfə olaraq,Prezident İlham Əliyev Cənub məsələsini sözdən əmələ keçirdi.Əlbəttə,Prezident bu mesajı elə-belə verməyib.Görünür,bildiyi nəsə var.Bundan sonra,yəni "Araza körpü salan" bu mesajdan sonra ,qardaş Türkiyənin,Pakistanın və digər dost ölkələrin birgə səyi ilə Cənab Prezidentin mesajı reallaşacaq,əsrlərdən bəri arada əsən soyuq küləklər istiləşəcəkdir.Tanrı Prezidentin və xalqımızın köməyi olsun!

Eldəniz 2022-10-22 19:51:25

Professor Mahmudəli Cohreqanlini Azərbaycana dəvət etmək lazımdır.Sehidler xiyabanından cənublu soydaşlarımıza müraciət ünvanlasin ..

Eli 2022-10-22 19:42:07

Göresen dünyada bir dene de oksun xristian ölkesi varmı xristian ölkesi evezine mğselmanları mğdafie etsin.Bes adını İrann İslam respublikası wotan bu gerizekalı farslar niye ancaq mğselman ölkelerine özü de onlardan zeiflere dil qıcardırlar,ancaq xristian ermeninin qabağında tula kimi quyruq bulayırlar.Kor gözleri görmür ki ermeni müselman mescidinde donyz saxlayır,demeli bunlar mğselman yox Allahsız xristianlardır.

korrektor 2022-10-22 19:31:25

Yaşasın Güney Azərbaycan Respublikası!

Camal 2022-10-22 18:30:30

Fikirləşə bilmirlər, tiryək çəkməkdən mollaların başları xarab olub. Kolumbiyanı ötüblər. Artıq bunlardan hamı iyrənir, yavaş-yavaş çürüyəcəklər...

dadaşyev 2022-10-22 16:59:33

Bəli!Nəhayət cənublu bacı-qardaşlarımız yalnız olmadıqlarını Azərbaycanın ən yüksək məqamından eşitdilər!Super!Onlar bunu çoxdan gözləyirdilər.Təbriz silkələnibsə dayanmaz sonuna qədər.Eşq olsun Təbrizə!Çingizxan deyib ki,ən yaxşı müdafiə hücumdur!Yoxsa biz susduqca İran Tiryək Respublikasının həşşaşi terrorçu liderləri üstünə-üstünə gəlirlər.Youtube mat,fars köpəyuşağı!Sənin tarix boyunca torpağın olmayıb,türk dədələrimin "Ərən" (bizdəki adıyla Aran) adlı torpağına "İran" demisən."Toran" sözünü də bu səbəbdən "Turan"laşdırmısan İran-Turan qarşıdurması deyə.Əslindəysə türk dədələrimin Ərən-Toran müharibəsi İşıqla-Qaranlığın müharibəsiydi.Sən "Toran"ı Turan şəklinə salıb "dağlılar" anlamına gətirməklə büsbütün mənanı itirməyə çalışmısan.Guya söhbət qaranlıqla işığın yox,farslarla dağlı türklərin davasından gedir.Türklər demiş,dolayısıyla çok kahbe adamlarsınız yau kardeşim.

Son yazılar