Menu

Belqorod yaxınlığında partlayışlar silsiləsi - Ruslar şəhərdən qaçırlar

23.10.2022, 00:00
Belqorod yaxınlığında partlayışlar silsiləsi - Ruslar şəhərdən qaçırlar

Bu gün, oktyabrın 22-də Belqorod vilayətinin Şebekino məntəqəsində silsilə partlayışlar eşidilib.

Rusiyanın «Baza» Teleqram-kanalının məlumat verdiyi kimi, 11 nəfər xəsarət alıb, onların dörd nəfəri ağır vəziyyətdədir. Bir qədər sonra, məlum olub ki, iki nəfər həlak olub. Yerli sakinlər xəbər verirlər ki, işıq və su təchizatında axsamalar var.

Məlumdur ki, Şebekinoya giriş bağlanıb. Rusiyalılar müstəqil olaraq, şəhərdən təxliyə olunmağa çalışırlar və nəticədə çıxış zamanı tıxaca düşürlər.

Rusiya KİV-i partlayışlarda USQ-ni günahlandırırlar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol