Menu

Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşüb - 2 pilot ölüb

23.10.2022, 15:33
Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşüb - 2 pilot ölüb

Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev teleqramda yazıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb.

Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir.

Təyyarədəki 2 pilotun öldüyü bildirilir. 

Xatırladaq ki, bu, son günlərdə Rusiyada hərbi ikinci təyyarə qəzasıdır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol