Menu

Bitmək bilməyən uşaq pulu DƏRDİ

23.10.2022, 18:10
Bitmək bilməyən uşaq pulu DƏRDİ

Azərbaycanda vaxtaşırı gündəmə gətirilən mövzulardan biri də uşaq pulunu verilməsiylə bağlıdır. Pandemiyadan əvvəl bu barədə həm ictimaiyyətdə, həm də Milli Məclis səviyyəsində dəfələrlə müzakirələr aparılsa da, yekun nəticə əldə olunmayıb. Son iki il ərzində isə demək olar ki, məsələ ilə bağlı müzakirələr tam səngiyib.

Maraqlıdır, uşaq pulu yenidən Milli Məclisin gündəliyinə salına bilər?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev uşaq pulunun bərpasının gündəlikdə olmadığını vurğulayıb: “Yaxın vaxtlarda da gündəlikdə olası mövzu deyil. Mən o barədə heç düşünmürəm”.

Bəs görəsən, inflyasiyanın yüksək həddə olduğu bir vaxtda ailələrin rifahını yaxşılaşdırmaq üçün nə etmək lazımdır? Həmçinin uşaq pulunu bərpası üçün hansı tədbirlər görülməlidir?

İqtisadçı-ekspert Emin Qəribli ilk olaraq uşaq pulu ilə bağlı ciddi araşdırmalara ehtiyac olduğunu vurğulayıb: “Düşünmürəm ki, kimsə uşaq pulunun verilməsinə etiraz etsin. Sadəcə burada başqa bir məsələ var. Fikrimcə, maliyyə resurslarının haradan əldə olunmasıyla bağlı mənbələr göstərilməlidir. Bizim büdcəmizin ümumdaxili məhsulun payı kifayət qədər çoxdur. Ona görə də başqa müvafiq resurslar axtarılmalı, tapıldıqdan sonra isə uşaq pulunun verilməsinin səmərəliliyi təmin olunmalıdır. Bütün bunlar üçün isə tədqiqatların aparılmasına ehtiyac var. Həmçinin beynəlxalq təcrübəyə də diqqət yetirilməlidir”.

Ekspert bu gün əhalinin müəyyən qədər yardıma ehtiyacı olduğunu düşünür: “Yardımın ayrı-ayrı modelləri var ki, bunu Azərbaycana uyğunlaşdıraraq tətbiq etsək, daha yaxşı olar. Məsələn, başqa ölkələrdə təcrübə var ki, valideyn təhsil haqqı ödəyirsə, ailəyə müəyyən yardımlar göstərilir. Yəni kriteriyalar müəyyənləşməli, sonra qərar qəbul olunmalıdır.

Hazırda bizdə sosial təzminatlar kifayət qədər çoxdur, çünki bu gün yüz minlərlə məcburi köçkünümüz var, onlara yardım göstərilir. Gələcəkdə onlar doğma torpaqlarına qayıtdıqda, təbii ki, büdcədə müvafiq resurslar yaranacaq və onları lazımi istiqamətlərə yönəltmək mümkün olacaq. Çünki büdcə tərtib olunanda bütün amillər nəzərə alınır. Ona görə də hesab edirəm ki, uşaq pulunun verilməsi məsələsi hökumətdən asılıdır”.

Şərhlər

Kərəm 2022-10-24 10:52:32

Şərhlər kifayt qədər yazılır. Sadəcə Moderator üzə çıxarmır

Veten dashi 2022-10-24 10:27:43

Sadəcə bir araşdırma aparın Qafqaz ölkələrində ,MDB ölkələrində uşaqlarla bağlı hansı siyasət var.Qonşu ölkələrdən birində 2023 cü ildən uşaq iki yaşına çatanədək ona qulluqla əlaqədar 125 manata bərabər işləməyən analara 160 manata yaxın müavinət ödənilməsi nəzərdə tutulub.Bizdə isə bu rəqəm yalnız işləyən analara il yarım ərzində 44 manat işləməyən analara ,il yarım ərzində isə 28 manatdır."Kim nə deyər bizdə olan qeyrətə qyrətimiz bəllidi hər millətə"

İzləyici 2022-10-24 00:33:46

"Hazırda bizdə sosial təzminatlar kifayət qədər çoxdur, çünki bu gün yüz minlərlə məcburi köçkünümüz var, onlara yardım göstərilir."
Hansı təzminatlardan danışırsan yoldaş "ekspert"?

sual 2022-10-23 23:47:21

Hormetli azpolitika.info , icaze verin , bu İqtisadçı-ekspert Emin Qəribliyə sual unvanlayaq :
SOCAR xarici olkelerde neft - qaz satışından milyardlarla dollar gəlir götürür, bu real faktdır.
Cenab Emin Qəribl, siz çox qeribe ve çox yanlış - düzgün olmayan melumat ilə, konkret subut
göstərmədən, xarici olkelerde uşaq pulunun verilmediyini bildirirsiniz, niyə sizin Azerbaycan uşaqlarına qarşı movqeyiniz BUZ kimi SOYUQDUR , ruslarda bir söz var - ЦИНИЗМ , niyə siz çox abstrakt, qeyri - müəyyən , əsas mətləbdən uzaq, yan keçməklə, faktiki heç nə demədən, gah mıxa, gah nala vurursunuz ??????????

Ədalət 2022-10-23 23:43:38

şərhlər yazılır.Amma cidddi və sanballıları saytda görünmür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol