İranın Kəşfiyyat Nazirliyinin rəsmi saytı “vaja.ir”-in serverinin ABŞ ordusuna və Müdafiə Nazirliyinə server və məlumat bazası xidmətləri göstərən İnformasiya Texnologiyaları Şirkətinə (ITC) məxsus olduğu məlum olub.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məhşur “Anonymous” xaker qrupu məlumat yayıb.
“Anonymous” yayımladığı videoda bildirib ki, ABŞ-a məxsus şirkətin belə bir xidmət göstərməsi İrana qarşı tətbiq edilən sanksiyalara ziddir və bu qadağaların pozulması Vaşinqtonun icazə olmadan mümkün deyil.
Yayımlanan videoda İran xalqına mesaj göndərilib: “İran və ABŞ administrasiyalarının ən böyük düşmənlər olması ilə bağlı söhbətlər yalandır. Ola bilsin ki, İran xalqı artıq Qərblə İran arasında gizli əlaqələrin olmasından şübhələnirdi. Biz bu yolda sizin mübarizənizi dəstəkləyirik”.
Qeyd edək ki, İrandakı despotik molla rejiminin məhz Qərb tərəfindən müsəlman aləməni bölmək, İrandakı Azərbaycan türklərinin azadlıq mücadiləsini boğmaq, ikinci böyük türk dövlətinin qurulmasının qarşısını almaq üçün qurulduğu şübhə doğurmur. Tehran rejimi azadlıq mübarizəsinə qalxanları məhz "xarici düşmənlərlə" əlaqdə ittiham edərək həbsə alır, hətta öldürür...
“AzPolitika.info”

Şərhlər
Bu yazinin doğruluğu eyni zamanda Xomeyninin uzun illət Fransada yaşamasl ,onun qərblə gizli əlaqələrinin olmasına işarət edir.
İran İŞİD-in şiə üzüdür,İŞİD-dən 40 il əvvəl ABŞ və Fransa tərəfindən İrandakı şah rejimi yıxıdılaraq yaradılıb,bu məqsədlə ki SSRİ Əfqanıstandan bu yana keçəmməsin.İrandakı şahlıq fars rejimi isə 1925-ci ildə ingilislər-amerikanlar tərəfindən qacar türk sülaləsi devrilərək, taxt-tac Məhəmməd Rza Pəhləviyə verilərək yaradılıb ki,türklük baş qaldırmasın Atatürkdən ruhlanaraq.Belə ki əsrin əvvəlində Səttarxan,20-ci illərdə də Xiyabani Cənubi Azərbaycanı faktiki olaraq İrandan ayırmışdı.Yəni bu gün mollalar gedib şahın oğlu gəlsə də İranda fars rejimi hakimiyyətdədirsə məqsədi-məramı yenə də türklüyə düşmənlik olacaq.Düşmən olmazsa ya rejim dəyişdiriləcək,ya da İŞİD-in sünni üzü yaradılacaq,Suriya və İraqda olduğu kimi.Oralarda İŞİD-in işini Türk ordusu bitirincə ABŞ və Fransa gözünü dikdi İranda rejim dəyişdirməyə.Eyni zamanda ara-sıra İŞİD-in bu və ya digər bölgələrdə hələ də qalması şayiələri buraxaraq mollaları “ağıl”landırmağı da əldən qaçırmır.Yəni özün bil,diktovkamızla oturub durmasan yenə könlümüzü başqa terror dövlətinə verərik,üstəlik səni də hakimiyyətdən salıb yenə şah rejimi yaradarıq.Mollalar ona görə əl-ayağa düşüblər,Qərbə boyun əymək sözü veriblər deyə İranı bürüyən üsyanları zorakılıqla yatırmağına baxmayaraq Qərb də səsini çıxarmır insan haqlarının faciəvi halda pozulduğunu görsə də.Demokratiyanın dədələri sayılan ölkələrin terrorçu tiryaki farslarla işbirliyindən beynəlxalq ictimaiyyət şübhələnməsin deyə hərdən biriləri yalandan ehmallıca cüyüldəyir bir para şeylər.Sabir demiş,”Bir para söz də deyir ehmal kişi,Ağrını alsın qoca baqqal kişi”.Amma cüyültüdən o yana keçmirlər.Keçməzlər də.Nə qədər ki mollalar onların qulu olmaqda davam edəcəklər.
Amerika turkiyeye qarshi coxdan bir reqib axtarir; regionda ise irandan sefiyi yoxdur,amma absurd bir sheydir!
ABŞ-la İran uzun illərdir gizli əməkdaşlıq edirlər.Bu yenilik deyil.İrangeyt məsələsini xatırlayın.
Əgər xəbər feyk deyilsə ABŞ bu hərəkəti ilə özünü gözdən saldı.