Menu

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 13% artırılır

25.10.2022, 09:23
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 13% artırılır

Azərbaycan hökuməti gələn il fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 1 milyard 680 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

"Report" bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,1 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.

Şərhlər

İqtisadçı 2022-10-25 12:29:27

Dövlət büdcəsində 6 milyarddan çox vəsait artıq qaldığı halda bu 2 milyard üçün vergilər niyə artıılır? Olmaz ki, başa bəla iqtisadçılar bu işdənkənar ed.notmal.savadlı və təcrübəli mütəxəssislər,bu işlə məşğul olsun.

Sahib 2022-10-25 10:21:23

Gəlir vergisini azaltmaq lazımdır 14 faiz çoxdur 12 faiz olsa yaxşı olardi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol