Menu

"Laçın dəhlizindən hərbi fəaliyyətlər üçün sui-istifadə halları davam edir" - XİN

25.10.2022, 10:20
"Laçın dəhlizindən hərbi fəaliyyətlər üçün sui-istifadə halları davam edir" - XİN

2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir.

Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

"Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir", - qeyd olunub.

Şərhlər

dadaşyev 2022-10-25 11:27:39

Laçın dəhlizindən ermənilər Azərbaycan torpaqlarında hərbi fəaliyyətləri üçün sui-istifadə hallarını davam etdirməsinlər deyə Laçın dəhlizini bağlamalıyıq.Mütləq bağlamalıyıq.Rus murdarməramlıları çıxarmırıq ki.Hələlik qaldıqları bölgələrdə qalsınlar müqaviləmiz bitənə qədər.Biz sadəcə ölkəyə giriş-çıxışa nəzarət etmək zorundayıq dünyanın hər bir ölkəsi kimi.Zəngəzur dəhlizini o zaman canları çıxar açmağa məcbur olarlar.Çünki dünyaya şikayətlənməyə haqqları olmaz.Yoxsa belə şey olar?Qalib ölkəyik,amma məğlub etdiyimiz düşmənə öz ərazimizə nəzarətsiz-filansız girib-çıxmağa,silah-sursat daşımağa icazə vermişik.Hansı ölkə belə şeyə razılıq verər?Laçın dəhlizi bizim dövlət sərhəddimizdən başlamırmı?Dövlət sərhəddimizi nə deyib də başlı-başına buraxmışıq?Səbəbi nə olur olsun,sərhəddimiz tamamən bizim nəzarətimiz altında olmalıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol