AMEA-da YENİ PREZİDENT - Akademiyanın ümumi yığıncağı keçirilib

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

“Report” xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.

AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.

Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb.

Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub.

Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.

Qeyd edək ki, İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib. Oktyabrın 16-da onun 73 yaşı tamam olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

***

AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib, daha sonra qurumun prezidentinin seçilməsi üçün səsvermə başlayıb.

“Report” xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.

Namizədlər arasında İsa Həbibbəyli tək olub. Hazırda səsvermə davam edir.

İclasda həmçinin AMEA-nın yeni nizamnaməsi də təsdiq olunub.

635x100

Şərhlər

Azərbaycanlı-ya 2022-10-28 14:24:05

Bu adam S.Vurğunun qardaşı oğlu-qazaxda anadan olub,ilk soyadı Vəkilov olub,sonradan qarıçıb Naxçıvanlılara.olub Nəbibbəyli)sabki ərə gedib soyadını dəyişib ) uzun-uzadı məsələlərlə gəlib bura çıxardılıb.

Camaat 2022-10-27 09:29:08

Ayıb olsun sizə ay "AKADEMİKLƏR" .Başqa bir adam tapa bilmədinizmi o yerə? Deməli Azərbaycanda nə ziyalı var, nə akademik,nə də bir kəs olmadımıki sözünü desin .O biranı ramiz mehdiyevdəndə pis günə salacaq.

Roma 2022-10-27 09:20:59

SAVALAN adı ilə yazana: "Elə birdəfəlik ləğv etsəydilər , bundan yaxşı idi !!!" Sizinlə tam razıyam. Bir neçə ay qabaq jurnalist binada heç kimi tapmamışdı, məncə arada Dövlətin vəsaiti dağılır, israf olunur. Aytən Mustafayeva kimi Demokratiya və Hüquq adı altinda olan institut rəhbəri, əslində isə işçiləri arasında ayrı-seçkilik salan, ambisiyalı, institutu bazara çevirənin Xalqa və Dövlətə ziyandan başqa bir şey verə bilməz.

Camaat 2022-10-26 09:09:44

Bu oranı Ramiz Mehdiyevdən betər günə salacaq.Görünürki Azərbaycanda nə elm var ,nə alim,nə də ziyalı.....

Azərbaycanlı 2022-10-25 18:52:39

AY MİLLƏT BU DA NAXÇIVANLIDIR? YOXSA?

SAVALAN 2022-10-25 18:49:51

Elə birdəfəlik ləğv etsəydilər , bundan yaxşı idi !!!

ƏNHU 2022-10-25 14:59:24

Bir neçə gün mətbuatrda yeni prezidendə kütləvi yaltaqlıq kompaniyası başlayacaq. Alimlər növbəyə düzüləcək. Mən bu şəxsə nə yaxşı, nə pis demirəm. Yasəmən Qaraqoyunlu nə desə mən də onu deyəcəıyəm.

Son yazılar