Menu

"AMB inflyasiya artımının qarşısını almaq üçün addımlar atır" - Taleh Kazımov

25.10.2022, 16:21
"AMB inflyasiya artımının qarşısını almaq üçün addımlar atır" - Taleh Kazımov

“Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib”.

APA xəbər verir ki, bunu Milli Məclisdə deputatlarla görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri ölkəmizdəki makroiqtisadi göstəricilərdən danışıb. Bildirib ki, Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib. Qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir. O, bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub. Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb.

Çıxışında iqtisadi göstəriciləri təhlil edən Taleh Kazımov inflyasiyanın artımının səbəblərinə toxunub, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlardan danışıb.

Şərhlər

Osmanov Zaur 2022-10-25 17:16:04

Əvvəlcə iflyasiyanın mənasını anlamaq vacibdir.İnflyasiya süni yolla valyuta məzənnəsini manipulyasiya eymək deyil.İnflyasiya öncə ölkədə baş verən əhaliyə təqdim edilən ərzağın,sənaye mallatının,nəqliyyatın,xidmət və səhiyyənin Şkommunal və digər xətclərin qiymət artımı göstəricisidir. Məsələnin əsas tərəfini unudub sümi yollarla əhalinin yaşamına əngəllət yaratmaq,hrç bir dövlət quruluşuna yaraşmır.BUnu anlmaq lazımdır.Millət ağır vəəziyyətdədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol