ABŞ-ın və RUSİYANIN SÜLH VARİANTLARI MASADA... - Bakı və İrəvan hansı planı qəbul edəcək?

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin ABŞ variantını qəbul etmək qərarına gəlib”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı yazıb.

Erməni mediası bildirir ki, baş nazir “Qarabağın muxtariyyət olmadan Azərbaycan ərazisi kimi tanınmasına” razı olacaq. 

“Bununla da Nikol Paşinyan Moskva ilə tam qarşıdurmaya getmək niyyətindədir. Nədən ki, Amerika variantının imzalanması Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına gətirəcək”, - yerli mətbuat qeyd edib.

Son vaxtlar xarici mediada bu qəbildən ehtimal və versiyalar çoxalıb. Məlumdur ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas moderatoru Avropa Birliyidir (AB), Brüsseldir. Brüssel sülh prosesini dəstəkləyən ABŞ ilin sonunadək tərəflər arasında sülh müqaviləsinin imzalanmasına çalışır. Hərçənd ABŞ-la AB-nin sülh variantlarının mətnində müəyyən fərqlər olduğu haqda informasiyalar da yayılıb.

Belə ki, iddialara görə, rəsmi Vaşinqton sülh anlaşmasına keçmiş DQMV-nin muxtariyyətinin bərpası haqda bənd salınmasını istəyir. Bunu ermənipərəst konqresmen Frenk Pallone keçən həftə İrəvana elədiyi səfər zamanı söyləmişdi. Lakin onun nə dərədəcə Amerika hökumətinin mövqeyini əks etdirdiyi bilinmir.

Sülh sazişi uğrunda savaş”: ABŞ-dan Kremlə Qarabağ ittihamı

Avropa Birliyinin sülh variantında isə status haqda heç nə deyilmir. Amma artıq erməni KİV-i iddia edir ki, “Amerika variantı”nda da muxtariyyət söhbəti yoxdur. Yaxud belə çıxır, ABŞ Brüssel variantını qəbul eləməli olub. Bəs gerçək haradadır, erməni KİV-lərini mötəbər saymaq olarmı?

Bunu da yada salaq ki, Kremlin öz xüsusi nümayəndəsi İqor Xovayev vasitəsilə tərəflərə təqdim elədiyi sülh müqaviləsi variantında uzaq zamanlar üçün də olsa, status məsələsinin nəzərdə tutulduğu haqda Rusiya mediasında yazı dərc olunub. Lakin rəsmi Bakının etirazından sonra Moskvanın status bəndini sülh müqaviləsi mətnindən çıxardığı və ayrıca protokol şəklində təqdim edəcəyi bildirilir.

Sadalanan üç versiyanın hansı birinin həqiqətə yaxın olduğu, tərəflərin hansı varianta üstünlük verəcəyi yəqin ki, ən geci, ilin sonunadək üzə çıxacaq. Çox şey əlbəttə ki, rəsmi İrəvanın, nəhayət, özünü konstruktiv aparıb-aparmayacağından asılı olacaq. Yaxud vasitəçi güclər, özəlliklə AB və ABŞ Ermənistanı buna məcbur eləməlidir.

Çünki İrəvanın öz cığallığını davam eləməsi üçün heç bir bəhanəsi qalmayıb. Əgər o, öz sərhədlərində həqiqətən sakitlik arzulayırsa, müharibə istəmirsə, o zaman sülh çağırışlarına adekvat cavab verməlidir. Məsələni yenə uzatmaq isə yeni müharibəyə tuş gəlmək demək olacaq. O halda, Qərbin Ermənistana hərbi yardım göstərmək üçün motivi, əsası da qalmayacaq. Çünki Azərbaycanın ona təklif elədiyi sülh - ən ədalətli sülhdür...   

635x100

Şərhlər

Moshu 2022-10-26 17:49:46

Deyəsən Moşunu bəyənmədiniz

Moshu 2022-10-26 14:11:42

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan rəhbərliyinin xarici siyasəti dünya liderləri üçün də bir örnəkdir, nümunədir. Biri var ki, ağzına nə gəldi danışasan, biri də var ki, bu deyilən sözün bir çəkisi ola və ona da qulaq asan istər ABŞ olsun, istyər Aİ, lap elə Ermənistanın özü olsun, onun nə dərəcədə ağlabatan, əsaslandırılmış olması qarşısında aciz qalırlar. Bəli, bu gün bizim belə söz daşıyıcımı, doğru olduğumuzu rəsmi sənədlərlə sübuta yetirənimiz var. Belə pressinq qarşısında tab gətirmək hər oğulun, hər liderin, dövlət başçısının yemi deyil. Hələ azmış kimi bir çox siyasətçiləri pat vəziyyətinə salır. Bəli, bu da bizim əsas silahımızdır. Sirr deyil ki, ABŞ, Çin, Rusiya, Fransa, Almaniya kimi dövlətlərin yanında biz cırtdan dövlətik. Burada özümüzü elə aparmalıyıq ki, bizə dəyə biləcək qapazın ağrısını az hiss edək. Türkiyə bizim qardaşımızdır, lakin Türkiyənin özü problemlər içərisindədir. Bizə elə gəlir ki, Ərdoğan kefə baxır. Əslində O da böyük pressinq altındadır, lakin buna dözür, bütün platformalarda öz sözünü deyir, siyasi labirintdən bacardığı qədər çıxmağı bacarır. Mübaliğəsiz olaraq deyə bilərəm ki, 1999-cu ildə Avropa İttifaqında rəsmi səfərdə olarkən mənə ağır gələn bir sualı bizi qarşılayan və Aİ-nın əsas vəzifəsinin nədən ibarət olması ilə tanış edən bir nümayəndəsinə verdim. Sual belə oldu ki, nəyə görə Türkiyəni sıralarınıza qəbul etmirsiniz (o zaman Türkiyə ilə münasibətimiz bu səviyyədə deyildi)? Cavab çox səmimi oldu. Türkiyənin əhalisi təxminən 60 milyon civarındadır. Əgər O, Aİ-nın üzvü olsa əhalisinun sayına görə nümayəndəsi təmsil olunmalıdır. Bu isə gələcəkdə hər hansı qərarın qəbul edilməsində bizdə problem yaradar, ona görə də onun bu yolda böyük problemi var, başqa səbəb yoxdur. Bu sorğu-sualın və cavabın kifayət qədər məndən savayı başqa üzvləri də var idi. Çıxış yolu nədədir? Rusiya şübhəsiz ki, nəhəng dövlətdir. Qismən səfərbərlik elan olunduqdan sonra Gürcüstana nə qədər rusiya vətəndaşları üz tutdu. Sərhəddə növbələr kilometrlərlə uzanmışdı. Rusiya kimi dövlətin qarşısında Gürcüstan nəmənədir? Sərhədi açıb elan edərdi ki, Həsən soxdu dəyirmanıdır, buyurun gəlin elliklə keçin. Bütün dünyada dövlət sərhəddini keçmə qaydaları var. Hamı zəhmət çəkib bu qaydalara əməl edib sərhədi keçsin. 10 milyonluq Azərbaycan dövləti 2,5 milyonluq Ermənistanın qarşısında niyə aciz qalmalıdır? Sən ona artıq-əksik nəsə demirsən. Başqa ölkə vətəndaşının (Ermənistan nəzərdə tutulur) mənim ərazimdə nə ölümü var? Azərbaycan vətəndaşı Ermənistana səfər edirmi? Bu məsələ istər ABŞ olsun, istər Rusiya, fərq etməz. Mən istədiyim vaxt bilet alıb Nyu-yorka və ya Berlinə uça bilrəmmi? Sülhməramlılar kal armud olub boğazımıza keçib. İnşəallah onun da vaxtı gələndə evlərinə yola salarıq. Xankəndində olan erməni silahlı birləşmələrinin ərazimizdən çıxarılması prioritet vəzifələrimizdən biri olmalıdır. Loru dildə desək Sülhməramlılar bizim qonağımızdır. Qonağın da qonaq statusu olmalıdır, necə deyərlər üz verəndə astar istəməsin. Əks halda təxribatlar qaçılmaz olacaq. Azərbaycan xalqı çox abırlı, həyalı xalqdır. Güclü olmasından asılı olmayaraq qarşında olan hər kəsə onun səhvini deməlisən. Son günlər Rusiya mediasında Azərbaycana qarşı gedən murdar siyasətə mütləq reaksiya verilməlidir və artıq verilir. Bu məsələdə XİN-nin və Azərbaycan televiziyasının hərəkətləri təqdirəlayiqdir.

Moshu 2022-10-26 11:45:35

Son yazılar