“BU ŞEYTANLARI YANDIRACAĞIQ...” – Ramzan Kadırov yenə özündən çıxdı + VİDEO

“Sizə söz verirəm. Biz onlara hər gün hücum edəcəyik. Hər gün onları məhv edəcəyik. Biz bu şeytanları əsir götürməyəcəyik, yandıracağıq...”

“AzPolitika.info” xəbər verir ki, bunu Çeçenistan rəhbəri, bu yaxınlarda ad günü münasibətilə Putinin general-polkovnik(!) rütbəsi hədiyyə etdiyi Ramzan Kadırov yeni videomüraciətində bildirib.

Kadırovun belə isterik reaksiyasına Çeçenistandan Ukraynaya göndərdiyi “kadırovçular”ın böyük bir qrupunun Xersonda məhv edilməsilə əlaqələndirilir. Belə ki, ötən gün Xerson vilayətində Kadırovun 100-dən artıq döyüşçüsünün yerləşdiyi məktəb binasına raket zərbəsi endirildiyi və binadakıların böyük hissəsinin məhv edildiyi bildirilir.

Çeçenistan başçısı müraciətində Ukraynadakı işğalçılıq müharibəsini cihad kimi qələmə verib. O, xüsusilə də qafqazlıları bu savaşa qoşulmağa çağırıb və Ukrayna torpaqlarının işğalının davam etdirilməli olduğunu bildirib: “Heç yerdə dayanmayacağıq. Bizim ərazimiz Zaporojye, Xerson deyil. Bizim ərazimiz Odessa, Kiyev, Xarkovdur... Bütövlükdə Ukrayna ərazisi Rusiyanındır. Artıq qərara gəlmişik ki, müdafiə olunmayacağıq, hücum edəcəyik.

Bir daha qafqazlılara müraciət edirəm. Yaradan bizə bu şeytanlarla və onların ideologiyası ilə savaşmaq üçün imkan verib... Biz əsl möminlərik(?). Bu gün özünə hörmət edən mömin adam evdə oturmaz. O, özü avtomat və ona lazım olan hər şeyi tapıb, satanizmlə döyüşməyə gedər. Sizə bir daha çağırış edirəm. Bu, bizim iştirak etməli olduğumuz böyük cihaddır. Nə fərqi var, onları kim idarə edir, Amerika, yoxsa Avropa”.

Göründüyü kimi, Ukraynada ağır durumla üzləşən Kreml və onun Kadırov kimi qulluqçuları hər cür vasitələrə əl atırlar. Çeçenlərin böyük əksəriyyətinin ona olan münasibətindən yaxşı xəbərdar olan Kadırov, buna baxmayaraq, nəinki öz xalqını, digər Qafqaz xalqlarını və müsəlmanları da işğalçı savaşa qoşaraq, qırğına göndərməyə və bunun adını “böyük cihad” qoymağa çalışır. Lakin əsrlər boyu rus imperiyasının zülmündən əziyyət çəkən bu xalqların indi həmin imperiyanın maraqları naminə yad bir ölkədə işğalçılıq savaşına qatılması məntiqsiz və ağılsız addım olardı. 

Ukraynada son 8 ayda uşaqların, qocaların, qadınların bombalanmasını, qətlə yetirilməsini, zorlanmasını, şikəst edilməsini, ev-eşiyindən didərgin salınmasını, dinc şəhərlərin yer üzündən silinməsini “böyük cihad” adlandırmaq isə nə İslam dininə, nə də hər hansı bir müsəlmana, xüsusilə də qafqazlıya yaraşan əməl deyil...


C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2022-10-27 21:09:54

Bu “ adam” İblise itaet edir-Putine,bu ne qanur Cihad nedir.Dağılasan ay Dünya gör rehmetlik,Çeçen Xalqının Böyük oğlu Cövher Dudayevi hansı çaqqallar evez edir..Allah günahımızdan keçsin,ele bil bu gün bu dünyada İblisie itaet edenler Ulu Tanrıta iraet edenleri üsteleyir.Bu ola biler ancaq çox qısa bir zaman kesiyinde.

Azər 2022-10-27 17:06:24

Çoxdan məlumdur ki Kadırov- zombidir, gicin birsidir. Çeçenlər ona nifrət edirlər.

MRP 2022-10-27 08:28:07

Atası Əhməd nə idi ki oğlu Ramzan nə olsun.Bunun oğulları da öz tayı olacaq.Şərəfsizlik bunların genlərindədir.

dadaşyev 2022-10-26 15:32:14

Bu general-eşşək iki əsas şeyi qanmır.Cihadın elan edilməsi yalnız və yalnız bütün İslam ölkələrindəki baş ruhaniliyin birgə topantısında,özü də fətva halında verilə bilər.Və o fətvaya imza atanlar onun doğruluğu cavabını Axirətdə Allaha verəcəklərinə Allahı şahid tutaraq and içərlər.Həm də yalnız kafirlərə qarşı olar cihad.Xristian və yəhudilərə qarşı cihad deyə bir şey olmaz,onlar xilafət dövründə "əhl əz-zimmə",yəni qorunan xalq sayılar."Cizyə" deyə "can vergisi" ödəyərlər.İkinci qanmadığı şey də odur ki,kafirlərə qarşı elan edilən cihada böyük yox,kiçik cihad deyərlər.Böyük cihad isə hər bir insanın dinə-imana gəlməyi üçün öz nəfsiylə apardığı mübarizəyə deyilər.Tarixdə cihad 14-cü əsrin ortalarında fətvayla Buxara ruhaniliyi tərəfindən monqollara qarşı verilmişdir,Teymurləng mehdi sahib əz-zaman elan edilərək.

ƏNHU 2022-10-26 15:11:09

Qafkaza təzə brahman gəlib.

Qoca Molla 2022-10-26 14:32:40

Qəribədir, Dünyanın işinə bir bax. Putin bir zamanlar əzib son nəfərinə kimi canlarını almaq istədiyi Çeçen xalqının köməyinə möhtac qalıb. Sivil dünyanın özündən təcrid duruma saldığı İRAN ın dronları son ümid yeridir təbii ki Nüvəsindən sonra

ramzana 2022-10-26 12:55:38

Deyəsən sənin qulaqlarının dibindən halva iyi gəlir.

Elxan 2022-10-26 12:40:55

Allah sənə elə bir bəla versin ki,diri-diri özünü cəhənnəmdə görəsən.Ukraynada həlak olan körpələrin ahı səni və yaxınlarını,doğmalarını mütləq tutacaq

Mubariz 2022-10-26 12:15:43

Bu məxluq kim olur ki ,bütün Qafqazın adından danışır ? Qafqazın adından yalnız bütün Qafqazın şeyxi Şeytanşükür danışa bilər

Son yazılar