Menu

Azərbaycanda daha 76 dərman vasitəsinin qiyməti təsdiqlənib

26.10.2022, 17:03
Azərbaycanda daha 76 dərman vasitəsinin qiyməti təsdiqlənib

Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında yeni dövlət qeydiyyatına alınmış 76 dərman vasitəsinin qiyməti təsdiq edilib.

"Report" Şuraya istinadən xəbər verir ki, bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 493 təşkil edib.

Onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Şərhlər

Vətəndaş 2022-10-26 19:18:06

Yenə bahalaşma~! Bu Tarif şurasını millətə zülm etmək üçün yaradıblar?Niyə Prezident bunlarla maraqlanmır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol