Menu

“Hər şey təsəvvür etdiyimizdən qat-qat qorxuludur” - Almaniya prezidenti

26.10.2022, 22:45
“Hər şey təsəvvür etdiyimizdən qat-qat qorxuludur” - Almaniya prezidenti

“Hər şey Almaniyada təsəvvür olunduğundan qat-qat pisdir”. Bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfərindən sonra bildirib.

O, Rusiyanın başlatdığı müharibə ilə bağlı hekayələrdən şoka düşdüyünü qeyd edib.

Ştaynmayerin fikrincə, Almaniyada insanlar əsl vəziyyət haqqında yanlış təsəvvürə malikdir.

Almaniya prezidenti Ukraynaya səfəri zamanı raket təhlükəsi səbəbindən Çerniqov vilayətindəki anbarda təxminən iki saat qalıb. Onun sözlərinə görə, orada şok əhvalatlar eşidib.

“Hər şey Almaniyada təsəvvür etdiyimizdən qat-qat qorxuludur. Bizə danışılan hekayələr məni şoka saldı”, - deyə o qeyd edib.

Almaniya prezidenti vurğulayıb ki, dünya ədalətli olmalıdır. Söhbət Ukraynanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasından gedir.

Şərhlər

dadaşyev 2022-10-27 20:16:03

---Zelenski burda olmur ki.Zelenski odeey oturub Kiyevdə,külli ixtiyarı da verib buna,bu zalım oğlu da fır-fır fırladır.Allaha and olsun,Ştaynmayer bəy,yolu kəsiblər,bir adamı o yana keçməyə qoymurlar.Nə deyəsən,hansını danışasan?---Bahoo,burda vəziyyət biz gözlədiyimizdən də pis imiş ki.Qayıdıb üstlərinə silahlı dəstəylə gəlmək lazımdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol