[caption id="attachment_69355" align="aligncenter" width="680"] "Dəniz pişikləri"[/caption]

2011-ci ilin 29 aprel tarixində Barak Obama ABŞ-ın müasir tarixində ən mühüm əməliyyatın həyata keçirilməsi əmrini verdi. Onun verdiyi bu əmrə əsasən, Pakistanın Abbotabad şəhərində ”Əl Qaidə”nin rəhbəri Osama ben Ladenin gizləndiyi evə hücum edildi. Belə bir çətin tapşırığın yerinə yetirilməsi Hərbi Dəniz Qüvvələrinin kiçik taktiki dəstəsi olan ”Dəniz pişikləri”-nə (Navy seals) həvalə olunmuşdu.

Çevik taktiki dəstə olan “Dəniz pişikləri”ABŞ-ın ən böyük hərbi uğursuzluqlarından sonra yaradılıb. 1962-ci ildə ABŞ tərəfindən müdafiə olunan kubalı müzdlu döyüşçülərin Kuba adasına desant çıxarma əməliyyatı zamanı uğursuzluğa məruz qalması yeni tipli peşəkar xüsusi hərbi dəstənin yaradılmasına böyük ehtiyac duyulduğunu əyani şəkildə üzə çıxardı. Bundan sonra prezident Kennedi rəqib ərazisinin dərinliklərinə qədər reyd aparmağı bacaran xüsusi seçmə dəniz desant dəstələrinin yaradılması proqramını təsdiq etdi.

“Dəniz pişikləri” öz döyüş bacarıqlarını, əsas etibarı ilə, dəqiq cəbhə xəttinə malik olmayan və mürəkkəb coğrafi relyefli Vyetnamdakı müharibə zamanı xeyli dərəcədə püxtələşdirdi. Elə məhz həmin müharibə zamanı “Dəniz pişikləri” ən mürəkkəb əməliyyatların həyata keçirilməsində istifadə olundu. ”Dəniz pişikləri”-nin yaxın dövr ərzində ən yadda qalan əməliyyatlarından biri Somali dəniz quldurları tərəfindən oğurlanmış kapitan Riçard Fillipsi (Maersk Alabama gəmisinin kapitanı) xilas etmələridir. Bu dəstələrin ən iri əməliyyatları sırasına 1983-cü ildə Qrenada adasına desant çıxarma və 2003-cü ildəki İrak müharibəsində iştirak etmələri də daxildir. ”Dəniz pişikləri”nin öz tarixi ərzində uğursuzluqla nəticələnən əməliyyatları da olub. Onlar üçün ən məyusedici hadisələrdən biri 1980-ci ildə Tehranda girov götürülmüş ABŞ səfirliyinin nümayəndələrinin azad edilməsinə cəhdin uğursuzluqla nəticələnməsidir. ”Dəniz pişikləri”ndə xidmət etmək üçün lazımi tələblərə cavab verən döyüşçülər, yaşı 28-i keçməyən namizədlər arasından seçilir. İlkin təlim prosesi altı ay davam edir və onun kuliminasiya nöqtəsi “bir həftə cəhənnəmdə” adlanır. Həmin mərhələdə gələcək komandoslar daima soyuq, aclıq və yuxusuzluq sınağından keçirlər. ”Bir həftə cəhənnəmdə” sınağı Kaliforniya ştatının Kornado təlim bazasında həyata keçirilir. Digər məşqlər isə Virciniyadakı “Litl Krik” bazasında davam etdirilir. ”Dəniz pişikləri” dəstəsinə daxil olmaq istəyən namizədlərin 90%-i müxtəlif sınaq və yoxlamalardan sonra ixtisara düşür. Sınaq zamanı mütləq 24 kilometr qaçmaq, su hövzəsində üç kilometr üzmək və xeyli sayda fiziki baxımdan çətin olan tapşırıqlar yerinə yetirilməlidir. Ümumiyyətlə, tam hazırlıq müddəti iki il yarıma qədər sürür.

Rusiyanın müəmmalı və qorxunc “spesnaz”dəstəsi

Hələ soyuq müharibə dövründən “Dəniz pişikləri”-nin əbədi rəqibi sayılan Rusiyanın xüsusi təyinatlıları ("spesnaz") müəyyən bir sirr pərdəsi altında özünəməxsus əfsanəyə çevrilib. Rusiya xüsusi təyinatlıları içərisində iki quruluşun - Baş Təhqiqat İdarəsinin (QRU), yəni Rusiya hərbi kəşfiyyatının və Federal Təhlükəsizlik Xidmətinin (FSB) xüsusi təyinatlı dəstələri əsas qüvvələr hesab olunur. Bu dəstələrin necə fəaliyyət göstərdikləri barədə internetdə xeyli sayda materialların yerləşdirilməsinə baxmayaraq, onların hazırlıq səviyyələri haqqındakı müfəssəl məlumat məxvi saxlanılır. Rusiyanın həmin xüsusi təyinatlıları keçən əsrin 50-ci illərində soyuq müharibənin ən qızğın çağında yaradılıb. Sovet İttifaqının 1979-cu ildə Əfqanıstana müdaxiləsi zamanı “spesnaz” dəstələri bir çox döyüşlərdə iştirak edib. Bizə bəlli olan məlumatlara əsasən, ”spesnazın” komandosları daha çox əlbəyaxa döyüş təliminə diqqət ayırırlar. Onlar bu məqsədlə Sovet İttifaqında yaradılmış sambo-güləş fəndlərindən istifadə edirlər. Bunlardan əlavə onlar döyüş patronları və partlayıcı maddələrdən necə istifadə etmək üsullarının öyrənilməsinə daha çox əhəmiyyət verirlər.

Federal Təhlükəsizlik Xidmətinin “spesnazı”-nın uğursuz əməliyyatları içərisində 3 sentyabr 2004-cü ildə Beslan şəhərindəki orta məktəbin müəllim və şagirdlərini girov götürən terrorçulara qarşı keçirilmiş hücum əməliyyatını xüsusi ilə qeyd etmək gərəkdir. Həmin əməliyyat zamanı ”Alfa” antiterror dəstəsinin xaotik hücuma başlaması nəticəsində 370 nəfər həlak olmuşdu.

“SAS” və “Delta Forse”

Rusiya “spesnazı” və Amerikanın ”Dəniz pişikləri” dünyada kifayət qədər tanınırlar. Amma onlardan əlavə analoji hazırlıq keçən digər seçmə döyüş dəstələri də fəaliyyət göstərir. Böyük Britaniyanın Kral hərbi qüvvələrinin Xüsusi Hava Xidməti (Special Air Service, SAS) və Dəniz Xüsusi Təyinatlıları (Special Boat Service, SBS) İkinci Dünya Müharibəsi zamanı yaradılıb. Bu hərbi dəstələrə qəbul olmaq istəyən namizədlər müxtəlif növ sınaqlara məruz qalmaqla bərabər, üzərlərində 25 kiloqramlıq yüklə Uels dağlarında yürüməli və bir ay müddətində tropik meşədə yaşamalıdırlar.

ABŞ-ın özündə “Dəniz pişikləri”ndən başqa hərtərəfli yaxşı təlim görmüş “75-ci reyncerlər polku”, ”Yaşıl beretlər” və nəhayət 1-ci xüsusi təyinatlı operativ dəstə olan “Delta force” hərbi qrupları da mövcuddur. ”Delta force” 1977-ci ildə vaxtilə B.Britaniyanın “SAS” döyüşçülərinə təlim keçmiş polkovnik Çarlz Bekvit tərəfindən yaradılıb. ABŞ-ın “Delta Force” və Britaniyanın “SAS” dəstələrinin xüsusi təyinatlıları demək olar ki, oxşar proqram əsasında çalışırlar. Yuxarıda qeyd etdiyimiz xüsusi təyinatlı dəstələrdən fərqli olaraq, “Delta” komandosları tapşırıqları əsasən çox gizli və nəzərəçarpmayacaq üsullarla yerinə yetirirlər.

Vaqif NƏSİBOV

[caption id="attachment_69351" align="alignleft" width="700"]

"Dəniz pişikləri"[/caption]

[caption id="attachment_69352" align="alignleft" width="500"]

"Dəniz pişikləri"[/caption]

[caption id="attachment_69353" align="alignleft" width="690"]

"Dəniz pişikləri"[/caption]

[caption id="attachment_69354" align="alignleft" width="990"]

"Dəniz pişikləri"[/caption]

[caption id="attachment_69355" align="alignleft" width="680"] "Dəniz pişikləri"[/caption]

[caption id="attachment_69356" align="alignleft" width="700"]

"Dəniz pişikləri"[/caption]

[caption id="attachment_69357" align="alignleft" width="625"]

"Spesnaz"[/caption]

[caption id="attachment_69358" align="alignleft" width="604"]

"Spesnaz"[/caption]

[caption id="attachment_69359" align="alignleft" width="640"]

"Spesnaz"[/caption]

[caption id="attachment_69360" align="alignleft" width="730"]

"Spesnaz"[/caption]