Menu

Dünyaca məşhur brendlər Rusiyadakı aktivlərini satır - ABŞ nəhəngi də getdiyini açıqladı

27.10.2022, 15:34
Dünyaca məşhur brendlər Rusiyadakı aktivlərini satır - ABŞ nəhəngi də getdiyini açıqladı

ABŞ-ın "Ford" avtomobil istehsalçısı şirkəti Rusiya bazarından çıxma prosesini tamamlayıb. Şirkət bu ölkədəki "Sollers Ford" birgə müəssisəsindəki 49 faizlik payını satıb.

Ford oktyabrın 26-da bildirib ki, payını nominal qiymətə satıb, ancaq məbləği açıqlamayıb. Şirkət bir neçə ilə qlobal vəziyyət dəyişərsə, payını beş il ərzində geri almaq hüququnu saxlayıb. Rusiyanın "Sollers" şirkətilə birgə müəssisə 2011-ci ildə yaradılıb.

"Ford" Rusiyada əməliyyatları bu ilin martında, Moskva fevralın sonunda Ukraynaya hücuma başlayandan sonra dayandırıb.

Ukraynada müharibə başlayandan bir sıra xarici avtomobil şirkətləri Rusiyada əməliyyatları ya dayandırıb, ya da tamamilə bu ölkədən gedib. Oktyabrın 26-da Almaniyanın "Mercedes-Benz" şirkəti də səhmlərini yerli investora satacağını, Rusiyadan gedəcəyini açıqlayıb.

Oktyabrın 25-də isə ABŞ-ın KFC fast-fud restoranlar şəbəkəsi Rusiyadakı biznesini yerli operatora ötürdüyünü bildirib. İspaniyanın "Zara" geyim şirkəti də bu ölkədəki biznesini satacağını bəyan edib.

KFC-nin sahibi Yum Brands holdinqi bildirib ki, Rusiyadakı 70 KFC restoranını satmaq üzrə razılaşma imzalayıb. Restoranların, onların əməliyyat sistemi və Smart Services Ltd frənçayzı rusiyalılara satılacaq.

Alıcı restoranların adının dəyişdirilməsi, işçilərin saxlanması üçün məsuliyyət daşıyır.

“Kommersant” qəzeti fast-fud restoranlarının Rusiyanın "Rostic" fast-fud brendi ilə işləyəcəyini yazıb.

Rusiyada minədək KFC restoranı var, lisenziya, yaxus frənçayz razılaşmaları ilə idarə olunurlar. "Zara" və digər şəbəkələrin sahibi İnditex şirkəti isə Rusiyadakı biznesini "Daher" qrupuna satır.

"Inditex" Rusiyada əməliyyatları yeddi ay öncə dayandırıb, 502 mağazasını bağlayıb.

"Starbucks" və "McDonald's" da Rusiyadan getdiklərini açıqlayıblar. Fransanın "Danone" konqlomeratı bu ayın əvvəlində Rusiyadakı əməliyyatlarının çox hissəsini satdığını bəyan edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol