“MƏDƏNİ YAZIÇI”YA “MƏDƏNİYYƏTSİZ SUAL” – “Soğan yeməmisən, için niyə göynəyir?”...

Uzun illər Azərbaycan cəmiyyətinin, onun elita, ziyalı sayılan kəsiminin mənəvi topallığını, böyük ölçüdə prinsipsiz zümrəyə çevrilməsini müxtəlif səbəblərlə izah etmişik. Bu səbəblərin başında Qarabağdakı məğlubiyyətimizi, qürurumuzun tapdanmasını, əzilmiş, yenilmiş, ləkələnmiş millət sindromu yaşamağımızı göstərmişik.

Lakin iki il öncə Qarabağda möhtəşəm qələbə qazandıq, bu ləkəni üzərimizdən götürdük. Ancaq belə görünür ki, bu da nə cəmiyyəti, nə onun ziyalısını, məmurunu, şairini, yazıçısını, alimini – bir sözlə, bu “qozbeli” düzəltmədi ki, düzəltmədi!

Məsələn, Yazıçılar Birliyinin katibi, tanınmış detektiv ustası Çingiz Abdullayevin gənc jurnalistin ayaqüstü sualına Azərbaycan dilinin qolu-qıçı sındırılmış, sınıq-salxaq “ləhcəsində” “utanmırsan, ölmürsən” sözlərilə verdiyi cavab və Mətbuat Şurası başçısının yazıçıya haqq qazandıraraq, “əcəb edib” tərzində münasibəti də göstərdi ki, doğrudan da heç nə dəyişməyib, heç bir qurultay, qərar, sərəncam və hətta savaş da bunlara təsir etmir - yenə həmin adlar, həmin simalar, həmin davranışlar, həmin əhvalatlar, həmin təfəkkür, həmin rəzalət...

Əslində isə heç kim Çingiz Abdullayevdən ata-babasından qalan var-dövlətin, yaxud kitab satışından əldə etdiyi qazancın, yaxud da hansısa başqa gəlirlərinin hesabını sormayıb. Dövlətin, xalqın pulunu soruşublar ki, ay mənim ziyalım, ay yazıçım, ay intelligentim, yüzminlərlə manat (Sualda 203 min rəqəmi səslənsə də, əslində dövlət büdcəsindən 403 min manat xərclənib-müəll.) belə mənasız tədbir üçün çox deyilmi? Ola bilər, sual vermək tərzi Çingiz bəyin istədiyi qədər yumşaq, nəzakətli, incə olmayıb. Əlbəttə, Çingiz müəllim özü daha nəzakətlidir – necə ki, jurnalistli gülə-gülə, “nəzakətli” şəkildə təhqir etdi. Adama deyərlər, siz necə yazıçısınızsa, o da elə o cür jurnalistdir...

Normalda mədəni, ziyalı, təmkinli adam həmin gəncin sualına sadəcə cavab verərdi ki, ”bu tədbirə xərclənən hər qəpiyin hesabatını verməyə hazırıq”. Vəssalam!

İndi isə Abdullayev öz yöndəmsiz və yersiz cavabı ilə elə vəziyyət yaratdı ki, doğrudan da artıq hər kəsi yazıçıların qurultayına xərclənən pulun hesabatı maraqlandırır. Əslində, özünə hörmət edən qurum və Abdullayev də daxil olmaqla onun başında duranlar çəkilən xərclərin hesabatını açıq şəkildə dərc edər və etməlidir də. Əgər özlərinə hörmət edir və sözügedən jurnalistin sualını təhqir hesab edirlərsə, dərc etsinlər! 

Tutaq ki, bu sualı heç jurnalist yox, adi sıravi vətəndaş verib – bacardığı, savadı, mədəniyyəti çatan formada. Bu, əsas verirmi ki, özünü fəxrlə “xalq yazıçısı” adlandıran adam ona mətbəxdə qaynana gəlinə qışqırırmış kimi, “utanmırsan, ölmürsən” deyə cavab versin? Hələ sonra da desin ki, əcəb etmişəm, “sözümün üstündə dururam”. Elə bu səviyyəsinə görədir ki, həmin gənc Ç.Abdullayevə Xalq yazıçısı, ziyalı kimi yox, bir əli dövlətin cibində olan adi məmur kimi baxır. Ona görə verdiyi sual da yeyib-şişən məmura veriləcək sualdır və bunun da günahı təkcə sualı verəndə yox, həm də sualın ünvanlandığı insandadır...

Əlbəttə, Abdullayev özünü bu suala layiq bilməyə bilər. Yəqin ki, maddi imkanı yüksək olan bu yazıçının qurultayın təşkilindən “pul qırmağa” ehtiyacı yoxdur və heç kim də onu korrupsiyada ittiham edə bilməz. Ancaq bu qurumun hesabatı, maliyyə məsələləri onun qələminin altından keçirsə, zəhmət çəkib cavab verməyə borcludur. Vəzifəsi bunu tələb edir. Həmin jurnalist isə Abdullayevin dediyi qədər mədəniyyətsiz və “niyə ölmürsən” deməyə layiq birisi olsaydı, qayıdıb bu yazıçıya “soğan yeməmisən, için niyə göynəyir” deyərdi”...

Yaxşı, əgər adını ziyalı qoyduğumuz yazıçı belə hesabat verməyi özünə ar bilirsə, təhqir hesab edirsə, bu dövlətin deputatından, məmurundan, nazirindən, bankirindən, inhisarçısından, bir sözlə, yüksək məqam və imkan sahiblərindən nə soruşasan, nə hesabat istəyəsən? Daha bu ziyalının tipik Abid Şərifov nümunəsindən nə fərqi oldu? Yazıçı əda ilə 200 minin hesabatını verməyi özünə yaraşdırmırsa, məmurdan 200 milyonun hesabını necə soraq?

Mətbuat Şurası başçısının bu hadisəyə münasibəti isə ayrı bir söhbətin mövzusu və başqa bir bəlanın göstəricisidir. Bu, ən azından onun göstəricisidir ki, Azərbaycan mətbuatı, jurnalistlər bu ölkənin ən sahibsiz, yiyəsiz, müdafiəsiz zümrəsinə çevrilməkdədir. Mətbuat Şurası isə hətta Yazıçılar Birliyindən də geri qalıb...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Ramiz 2022-10-28 18:31:43

Təhqir olunan jurnalist ərizə ilə muraciət etsin məhkəməyə və Bakinin Yasamal rayon məhkəməsinin sədri Dashdemirov dərhal həbs hokmu verər Chingiz Abdullayev barədə, necə ki, bir nechə dəqiqə əzində, bu sədr, chox qisa tekst ilə hokm qərari verdi və VIP siyasi partiya sədrini - Tibb Universitetinin alimi Əli Əliyevi gondərdi həbsxanaya. Chingiz Abdullayev səni də tezliklə həbs edəcəklər , hech darıxma, chunki sən ................................

Calil 2022-10-28 16:35:27

Mədəni "yazıçıdan" mədəniyyətsiz çıxış.İnsan nə qədər özünə aludə olar?

Ruslan 2022-10-28 15:50:47

Anar kimi sədri, çingiz və rəşad kimi katibi olan Azərbaycan ... Birliyindən nəsə gözləmək ... guya burada elita, ziyalı yığıncağır.. Xəlil Rza Uluturk kimi ədibi, nəhəngin 90 illiyi yadlarına belə düşmədi, bu bicokların, indi qurultay edirlər, ancaq utanıb ölmürlər, yerə də girmirlər, hələ sandığındaca gorbagor olanlar. “Ürəyim qışqırır… ağlım deyir: Sus! Bu qədər soyğunçu, bu qədər casus, bu qədər qəlbi kar, ürəyi çopur, Bunca ikiüzlü, üçüzlü, hətta yüzsifət, minsifət varsa həyatda, Demək, bu dağılmış dağılmalıdır! Yeni bir cəmiyyət qurulmalıdır! Xəlil Rza

Adil 2022-10-28 15:34:17

bizim xalq hələ də yazıçılardan nəsə "umur", lap elə 1988-89da olduğu kimi...caamaatın davası qurultaya ayrılan pul davaası deyil, bu ölkədən milyardlar oğurlanıb, o pul qəpik-quruşdur, cadəcə olaraq bizim xalq yazıçılardan başqa mövqe gözləyir, başqa bir "təmizlik" . daha başa düşmürlər ki, cəmiyyətimiz nə gündədirsə, elə yazıçılarımız da. jurnalistlərimiz də o gündədir...necə deyərlər, "cəmiyyətdən kənar fərd yoxdur."

İsa 2022-10-28 13:54:26

Hər şey göz qabağındadır. Adamın üzündən maskası götürüldü, iç üzü göründü. Yadıma bir neçə il bundan qabaq " Mən ermənilərlə də yazışıram" deməsi düşdü. Burda da elə bir şey yox idi... Amma o vaxt biz başıaşağı idik... Torpaqlarımız düşmən tapdağında idi... Kim belə desə az qalırdılar daş qalaq etsinlər... Amma onda bizim jurnalistlər Abdullayevin bu sözlərini manşetə çıxarmışdılar... Nə isə...

Ramiz 2022-10-28 12:37:11

Bu adam Azərbaycan oxucusu üçün yazmayıb.Yazdıqlarını da dərin analiz edən olsa.orada millətiə aid bölmələrdə təhqiramiz ifadələrə rast gələrlər.bu adam niyə Azərbaycan dilini sevmir və o dildə yazmır.Bu ciddi sualdır.Axı deyirlərki,o azərbaycanlıdır.Bəs onda ana dilinə hörmət bəsləmir.hətta səlist danışa bilmir. Onda ana dilinə nifrət nədən yaranıb?Burada tus dilli yəhsil rol oynamıt.minlərlə rus dilli təhsillilər öz ana dilinə hörmət edir və səlist danışırlar.buradakı müəmmanın nə olduğu ciddi məsələdir və araşdırma tələb edir.Yəni Ç.Abdullayevin əsl ad-soyadı və milliyyəti nədir?

Roma 2022-10-28 10:18:00

Çingiz Abdullayevin jurnalistlə rəftarını pisləyirəm, bu hərəkətilə Xalqın ona olan az-çox hörmətini yerə vurmuş oldu. Belə ki, sənə sual verilib, deyək ki, xoşagələn sual olmasa da, bir ziyalı kimi cavab ver, qurtarsın getsin, yoxsa özün-özünü təriflə ki, ay mən Xalq yazıçısıyam, ziyalıyam və s...2-cisi AYB deyilən bir qürumun Xalqa nə dərəcədə lazımlığı mübahisə predmetidir...

t.ədalət-ə 2022-10-28 08:31:31

araşdıran olsa hələ dilimizi öyrənib,ad.soyadlarını dəyişmiş çox sayda erməni və yezidi kürdlər ortaya çıxacaq.Bunlar illərdir pozuculuq.psixoloji və digər yaramazlıqlarla məşğuldurlar.

Azər 2022-10-28 08:26:42

onun mədəniyyəti belə davtanışlarındadırsa ,belə mədəniyyət onun başına dətysin! Yekəbaşlıq, lovğalıq nə zamandan mədəiyyət oldu? Hələ bu yaşında Azərbaycan dilində danışa bilməmək,, tələffüz çətinliyi onun azərbaycan dilinə nifrətinin təzahürü deyilmi? Bunun onun milliyətinin qarışıqlığından xəbər verdiyini də nəzərə almaq və toplumdan xaric etmək vacibliyini ortaya qoyur.Belə yarımçıqlardan üzülüşmək vaxtıdır.Dilinə,millətinə hörmət etməyən şəxsin burada nə işi var? Belələri Azərbaycana düşmən qrupların soxuşdurduğu şəxslərdir.

Senan 2022-10-28 07:54:43

Eeeeeeh bu çingiz deyilmiş cinqozmuş....

dadaşyev 2022-10-28 00:20:24

Mən hələ də başa düşəmmirəm ki,"Bobbi" kinosunda Rişi Kapur Bobbini niyə bara aparır.Ağlı başında olan oğlan da sevgilisini bara aparar?Oğlan azca aralananda başqa oğlan yanaşır qıza,qolundan tutur ki gəl gedək.Qız çırpınır ki,əl çək məndən,mən tərbiyəli qızam.Oğlan da super söz deyir ona.Deyir ki tərbiyəsiz yerdə tərbiyəli olmağın özü tərbiyəsizlikdi.Amma ümumən çox gözəl kinodu,həmişə ləzzətlə baxıram.Çünki bu kino ki var,çox qəliz məsələdi.Həm qəlizdi,həm də ki vacib.

Turan 2022-10-27 22:25:09

Quyruğu tapdalanan elə reaksiya verə bilər. Əgər doğrusansa niyə cırnayırsan ay Çingiz?!

Mubariz 2022-10-27 22:01:18

S.Rüstəmxanlı demişkən Dövlət yazıçılara borcunu qaytarmalıdır .Görəsən Dövlət nə qədər borcludur ? Ay yazıçı borcunuzu vermirsə dövlət ,Avropa Məhkəməsinə şikayət verin .Utanmasan oynamağa nə varki .

Mubariz 2022-10-27 21:52:47

Xahiş edirəm təşkilatın adını düz yazın AYB -Azərbaycan Yaltaqlar Birliyi .

Əhməd 2022-10-27 20:09:59

Yuxarida biri yazib ki, Moskvada erməninin cavabini verib. Cavabı erməniyə Moskvada yox, doyüş bölgəsində Ali baş komandanın rəhbərliyi altında qəhrəman oğullarımız verib. Diplomatlarımız ordumuza necə lazımdır dəstək veriblər.

mədəniyyətli 2022-10-27 19:38:15

Yazıçılar Birliyinin katibinin bu şəkildə jurnalistlə rəftarı qəbuledilməzdir. Çingiz Abdullayev üzr istəməlidir.

2+2=4 2022-10-27 18:08:44

... xalq yazıçımız Azərbaycandan yeganə ziyalı (!!!) idi ki, Moskvada Solovyovun verilişinə çıxıb ləyaqətlə ölkəmizi təmsil etmişdi, qatı ermənipərəstlərin arasında...bilmirən yutubda qalıb bu veriliş ya yox, qalıbsa bax, ayə....dünya miqyasında tanınmış erməni əsilli kinorejissor Şahnazarov veriliş boyu ona neçə altdan yuxarı baxırdı, özüdə səsi içində...çoxmu var Azərbaycanda belə ziyalı???!!! .....

oxucu 2022-10-27 17:23:02

7 nəfər xarici qonaq, 330 nəfər nümayəndə, Dram teatrının bir günlük icarəsi cəmi xərc =203 min manat. bir nümayəndəyə təxminən 600 manata yaxın xərc çəkilib....inandırıcı deyil.Çingiz Abdullayev niyə xərclərin hesabatını mətbuatda vermir???

Azər 2022-10-27 17:15:39

Abdullayeva sual verən jurnalist çox əcəb edib belə sual verib. Abdullauev isə tərbiyyəsizlik edib! Vəssalam!

t.ədalət 2022-10-27 16:58:14

Azərbaycanda vəziyyət hərtərəfli pisə doğru gedir.İndi durub bu kor-kobud adamların təhlili ilə məşğul olsaq,ilkin olaraq özümüzü ətrafımızı sarmış .... qorumalıyıq.ermənilərin bacısı oğlu Çingiz Abdullayevə Rəşad Məcidin qahmar çıxması,onun da bir tərəfdən .... bağlılığı qarşımıza çıxır...

Vətəndaş 2022-10-27 16:31:31

Bunun özünün mədəniyyəti yoxdur,elə bil meşədən çıxıb. Dilimizdə də erçməni aksenti ilə danışır.

Son yazılar