İRANIN TƏHDİDLƏRİ QARŞISINDA İTTİFAQLAR YARADILIR - İsrailin müdafiə naziri

Türkiyə və İsrail arasında ikitərəfli əməkdaşlıq və dialoqun artması bəzi məsələlərdə, xüsusən Fələstin məsələsində fikir ayrılığının həllini asanlaşdıracaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfəri çərçivəsində həmkarı Hulusi Akarla birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, iki ölkə münasibətlərinin gələcəyi ümidverici görünür.

“Lakin bu, dünyada və regionda sabitliyin və təhlükəsizliyin qorunmasında ümumi maraqlarımızdan asılıdır. Gələcəkdə əməkdaşlıq üçün çoxlu sahələr var. Bura bölgəmizdəki mübahisələrin diplomatik həllinə nail olmaq da daxildir”, - Qantz vurğulayıb.

İsrailli nazir Yaxın Şərq və Şərqi Aralıq dənizində baş verən hadisələrə də diqqət yetirib.

“İran tərəfindən yaradılan təhdidlər qarşısında ittifaqlar inşa edilir. Heç şübhəsiz ki, NATO üzvü və ortaq dostumuz ABŞ-ın müttəfiqi olan Türkiyənin qlobal sabitliyin təmin olunmasında mühüm rolu var. Yunanıstan, Kipr və Körfəzdəki dostlarımızla güclü tərəfdaşlığımızı davam etdiririk və Türkiyə ilə əlaqələrimiz də müsbət istiqamətə yön alıb. Əslində, biz körpülər qura və münaqişələri bütün tərəflərin xeyrinə azalda bilərik. İrəli getmək üçün münasibətlərimizdə açıq dialoqu davam etdirərək ardıcıl, müsbət yanaşmanı mənimsəməliyik. Müzakirələrimizdə razılaşdırıldığı kimi, komandama işimizi artırmaq üçün lazımi prosedurlara başlamağı tapşırdım”, - Qantz əlavə edib.

635x100

Şərhlər

Şahin 2022-10-28 09:02:35

İsrail -Azərbaycan- Türkiye ittifaqı alqılanandır, İsrail sədaqətini həmişə sübüt edib ,44 günlük müharibədə olduğu kimi.İran isə dinə imana qayıtmalıdır.Şieleri qıran Ermeniden əl cəkməlidir.

Mubariz 2022-10-27 21:42:30

Ay ALLAHin ....Anlamirsiz ki mehve mehkumsuz.Jimlernen isteyirsen ittifaq qur xeyri yoxdur

korrektor 2022-10-27 20:13:39

dəstəkləyirik dialoqu

Eli 2022-10-27 17:09:19

İran heç balaca bir dövlet olan İsrailin öhdesinden gele bilmir .başı korrupsiya ve narkoticarete ve ondan istifadeye qarışıb,onda dövlet kimi güc ve qüdret yoxdur,o Rusiyadır astar üzü kimi bir şeydir-altıyox bedre kimi, dünyada da heç kşm onu normal bir dövlet ve millet kimi qebul etmir.

Son yazılar