Menu

“Valyuta bazarında manata tələbat yüksəkdir” - AMB sədri

28.10.2022, 11:51
“Valyuta bazarında manata tələbat yüksəkdir” - AMB sədri

“Hazırda Azərbaycanın valyuta bazarında manata tələbat yüksəkdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

“Çox güman ki, bu ilin sonuna qədər bizim valyuta bazarına müdaxiləmiz alışyönlü olmaqla qalacaq. Amma biz moneytar siyasətimizi yüksək iqtisadi aktivliyə təsir etmədən həyata keçirəcəyik”, - o deyib.

AMB-nin baş direktoru Əli Əhmədov isə bildirib ki, bu ilin əvvəlindən valyuta bazarından 967 milyon ABŞ dolları alınıb.

"Bu rəqəmin ilin sonuna qədər nə qədər olacağını proqnozlaşdırmaq çətindir, amma hələ ki, bazarda vəziyyət sabitdir", - T.Kazımov qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol