“Ukrayna Silahlı Qüvvələri Xerson vilayətindəki döyüşçülərimizin mövqelərinə zərbələr endirib, itkimiz çoxdur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov özünün şəxsi “Telegram” hesabından etdiyi videopaylaşımda deyib.
Kadırov bildirib ki, Ukrayna qüvvələrinin hücumu nəticəsində 23 çeçen döyüşçü həlak olub, 58 nəfər isə yaralanıb.
Ukrayna mətbuatı isə yazır ki, “kadırovçu”lar Xersondakı məktəblərdən birini bazaya çevirərək, orada mövqeləniblər. Qeyd olunur ki, sözügedən məktəbə artilleriya zərbələri endirilib və nəticədə 40-a yaxın çeçen döyüşçü həlak olub, 60-dan çoxu isə yaralanıb.
Həmçinin əlavə edilir ki, Ukraynanın Luqansk vilayətində “kadırovçu”ların daha bir mövqeyi dağıdılıb.
“AzPolitika.info”


Şərhlər
Sənin xersonda nə ölümün var?Əcəb ediblər.
Bu hele nedir ki,bir azdan meğrur Çeçen Xalqı ayağa qalxıb bu milli satqının dersinş verecekler. ve onda hesab soracaqkar ki sen bu xalqı hansı müqeddes savaş uprunda qırdırırsan ve melum kkacaq ki bu ancaq Putine yaltaqkanmaq üçün öz milletine qenim kesilib,Qiysmet onda qopacaq ve bunun başı elden gedecek.