Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılmasının mümkünlüyü məsələsi Soçidəki görüşdən sonra baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində müzakirə oluna bilər.
"News.ru" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Qeyd edək ki, oktyabrın 29-da Ermənistan baş naziri Nikol Paşinyan rusiyalı sülhməramlılarının Qarabağda qalma müddətini uzatmağa hazır olduğunu bəyan edib. O vurğulayıb ki, mandatın uzadılması ilə bağlı sənəd 10, 15 və ya 20 il müddətinə imzalana bilər. Paşinyan Rusiya Prezidenti Vladimir Putinin bu təşəbbüslə şəxsən çıxış edəcəyinə ümidini bildirib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Həmçinin Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrıca söhbətləri də nəzərdə tutulur.
Qeyd edək ki, Rusiyalı sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması Azərbaycan dövlətinin maraqlarına ziddir. Rəsmi Bakının belə bir qərarın alınmasına razılaşacağı inandırıcı görünmür. Xüsusən də, Putinin son açıqlamısından sonra....
"AzPolitika.info"


Şərhlər
Azərbaycanın bir çıxış yolu qalır-Ermənistanın 1987-88 ci illərdə bütün 200 min azərbaycanlı ailələrini zorla deportasiyasına adekvat bütün Qarabağ ermənilərini sülhməramlılarla birgə Ermənistana deportasiya etsin!
...it əl çəkdi,motal əlçəkmədi..
Kreml erməni xunta ilə əlbirdir. Bu çoxdan bəllidir! Lap əvvəldən!
Rusların sifətindən maska düşdü!
Dərhal ləğv etmək lazımdır sülhməramlıların mandatını.Vaxtı bitmədən ləğv etmək lazımdır.Paşinyanın Vaşinqton planından üz çevirib Rusiya planına könül verməsi məhz bununla bağlıdır.Sülhməramlıların rus bazasına çevrilməsi Putinin bir tək qələminə bağlıdır.Bazanı sonra necə çıxara biləcəyik?On illərlə sürər bu proses.Laçın dəhlizini dərhal bağlamaqla isə biz çoxlarını ağıllandıra bilərik.Göstərmiş olarıq ki,buranın sahibi bizik,biz.Bağlayın Laçın dəhlizini.Heç kimsə bizə bir söz deyə bilməz bağlasaq.Bu saat əsas məsələ bu cəsarətimizdən asılıdır.Soçidəki görüşə iki gün qalmış bunu mütləq etməliyik,sonra görüşə getməliyik.Qətiyyətimizi əməldə göstərərək getməliyik.Bir az cəsarətli olaq.İtirəcəyimiz heç nə yoxdur.Təkrar edirəm:Laçın dəhlizi mütləq bağlanmalıdır Soçidən əvvəl.Onu bağlamamaq bizim zəifliyimizi göstərəcək.
Mandatının artırılması deyəndə ki onların bəyəm mandatı var idi.