Menu

Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub

29.10.2022, 16:47
Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter"də bildirib.

"Daha bir əsir mübadiləsi aparıldı. 52 nəfər - zabitlərimizi, həkimlərimizi, çavuşlarımızı, əsgərlərimizi azad etdik".

Onun sözlərinə görə, azad olunanlar arasında Ukrayna Milli Qvardiyasının hərbçiləri, "Azov" batalyonunun döyüşçüləri, Hərbi Dəniz Qüvvələrinin hərbçiləri var. Yermakın sözlərin görə, iki mülki şəxs də azad olunub.

Rusiya Müdafiə Nazirliyi də hərbi əsirlərin mübadiləsini təsdiqləyib. Rusiya tərəfinə Ukrayna tərəfində saxlanılan 50 hərbçi qaytarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol