RƏSMİ BAKI MOSKVAYA BU TƏKLİFİN QƏBULEDİLMƏZ OLDUĞUNU BİLDİRİB - Diplomatik mənbə

Daha öncə xəbər verdiyimiz kimi, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir və bu görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin cari gündəliyi müzakirə olunacaq.

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin təkcə Rusiya deyil, həm də Qərb tərəfindən həyata keçirildiyini nəzərə alsaq, Ermənistanın siyasi dairələrində hansı variantın daha yaxşı olması ilə bağlı mübahisələr var: şərti Vaşinqton, yoxsa Rusiya.

Qeyd edək ki, Azərbaycan üçün hazırda hansı sənədin - Vaşinqton, Brüssel və ya Moskvanın müzakirə olunduğu o qədər də önəmli rol oynamır. Azərbaycanın mövqeyi ən yüksək səviyyədə açıq şəkildə ifadə olunub: Qarabağ erməniləri Azərbaycan dövlətinin tərkibində etnik azlıqdır və onlara Azərbaycanın digər vətəndaşlarının malik olduğu bütün hüquqlar veriləcək.

Sabahkı danışıqlara gəlincə isə burada 15 bənddən ibarət olan və oktyabrın 29-da (dünən) baş nazir Paşinyanın “Mülki müqavilə” partiyasının qurultayında haqqında danışdığı Rusiyanın təkliflərinə baxmaq önəmlidir. Caliber.Az-a diplomatik mənbələrdən daxil olan məlumata görə, 15-ci abzasdakı Rusiyanın təklifləri gələcəkdə bədnam “status” mövzusunun müzakirəsinin mümkünlüyündən bəhs edir.

Bu arada Bakı diplomatik kanallar vasitəsilə artıq Rusiya tərəfinə bu bəndin müzakirəsinin tamamilə qəbuledilməzliyini və mümkünsüzlüyünü çatdırıb. 

“Biz bunu nəzərə almırıq və nəzərdən keçirməyəcəyik. Bu, prinsipial mövqedir və çox aydın şəkildə Rusiya tərəfinə çatdırılıb”, - deyə etibarlı mənbələr bizə bildiriblər.

Başqa bir məqam da diqqətəlayiqdir. Danılmaz faktdır ki, baş nazir Paşinyanın təmsil etdiyi Ermənistan əvvəlki danışıqlarda Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə razılaşıb. İndi isə sənəd variantının 15-ci bəndində çoxdan ölmüş “status” mövzusunu gündəmə gətirməyə çalışan Rusiya tərəfi Ermənistanın özündən daha çox ermənipərəst ola bilməz və olmamalıdır.

Caliber.az

635x100

Şərhlər

VAHİDə əski Xankəndli C.B. 2022-10-31 14:32:26

Milyonlarla azərbaycanlı vətəndaşları Ermənistan Dövləti və millətçi DQMV terrorçuları Xarici Maliyyə-siyasi təxribatları və Kremlin daxili gündəlik Hərbi Dəstəyi ilə BMT TŞnın operativ DQMV həllinə də zidd 35ci ildir dini soyqırım zorunda saxlayır? Adekvat bircə təhlükəsizlik variantı qalıb-yubanmadan yuxarı Qarabağ erməniləri mühafizəçiləri ilə də Azərbaycanı təcili və uzağı 1 aprel 2023 il tarixinə qədər TƏRK ETSİNLƏR!

ƏNHU və t.ədalətə B.Q. 2022-10-31 10:52:03

Kiminsə keçmişi ilə münasibəti ayırd mümkün deyil? Kobud sual qabarır-1993cü il iyunun 4 ündən bu məsələdə Kremlin diktəsinə xidmət edən Bakıya Qarabağ səlahiyyətini qaytarmır? Marağı nədədir? Axı, Ermənistanın azərbaycanlı vətəndaşlara və Azərbaycana qarşı 35 illik cinayətlərini 100 ilə də reanimasiya mümkün deyil?

Azərbaycanlı 2022-10-31 09:41:18

Putinə inanmaq lazım deyildir. Rusa inananın ağlı yoxdur. Bütün dünya bu şər millətdən qaçır.

Vahid 2022-10-31 02:12:25

Qarabağ erazisindeki ermeni ordusunun çixarilmasinin konkret vaxtı deyilmelidir.Eger çıxmırsa antiterror emeliyyatına başlamaq lazımdır.

turan 2022-10-31 00:48:47

Bəs sarıqulaqların bizim ərazidən 2025-də rədd olunması ???

ƏNHU 2022-10-30 23:34:48

Diplomatik mənbə bəs "rus sülhməramlılarının" müddətinin uzadılacağı təklifinin üstündən niyə sükulta keçib. Nəadə və nəbadə bu təklifə razılıq verilə.Belə olsa millətin ürəyi partlayacaq.

t.ədalət 2022-10-30 23:02:10

Putinin anasının erməni olduğu haqqında da danışılır.deyilənə görə, Putinin də anası Gürcüstanda doğulmuş ermənidir.Elə buna görə də Putin 44 günlük müharibədə Azərbaycanın tarixi qələbəsini qəbul edə bilmir.Putin tərəfindən ərazilərimizə atılan raketlər haqqında da Soçi görüşündə danışmaq lazımdır.Rusiya münaqişə tərəfidir,ona görə də heç bir iddia irəli sürə bilməz..

Son yazılar