Bu gün səhər saatlarında Rusiya ordusu tərəfindən raket zərbələrinə məruz qalan paytaxt Kiyevin şəhər təsərrüfatına ciddi ziyan dəyib.
"AzPolitika.info" Ukrayna mediasına istinadla xəbər verir ki, şəhər əhalisinin 80 faizi su təchizatından məhrum olub.
“Kyivvodokanal”dan verilən məlumata görə, su təchizatının mümkün qədər tez bərpası üçün işlər aparılır: "”Kiyevvodokanal” mütəxəssisləri su təchizatının tezliklə bərpası üçün çalışırlar. Kiyevdə fövqəladə vəziyyətə görə istehlakçıların 80 faizi su təchizatından məhrumdur. Mütəxəssislər Kiyev sakinlərinin su ehtiyaclarını ödəmək üçün mümkün olan hər şeyi edirlər".
"AzPolitika.info"


Şərhlər