Sanksiyalardan sonra Rusiyadan ixracın həcmi kəskin şəkildə azalıb, lakin bir sıra ölkələr, o cümlədən Hindistan, Türkiyə və Braziliya fevralın sonundan etibarən bu ölkədən tədarükləri əhəmiyyətli dərəcədə artırıblar.
"AzPolitika.info" xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Hindistan Rusiyadan mal idxalını 430%, Türkiyə 213%, Braziliya isə 166% artırıb. Qəzet yazır ki, Avropa ölkələri arasında Rusiyadan ixracın həcmini artıran ölkələr arasında İspaniya 130%, Hollandiya 112% və Belçika 74 faiz birincü üçlükdə dayandırlar.
Ötən gün "Bloomberg" agentliyi yazıb ki, Avropa İttifaqı Ermənistan və Qazaxıstandan Rusiyaya məişət texnikası tədarükünün artmasından narahatdır. Avropa Statistika Agentliyinin (Eurostat) məlumatına görə, Ermənistan bu ilin ilk səkkiz ayı ərzində son iki illə müqayisədə Aİ-dən daha çox paltaryuyan maşın idxal edib.
Belə ki, Qazıxıstan Avropa İttifaqından 21,5 milyon dollar dəyərində soyuducular idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Bundan əlavə, həm Ermənistan, həm də Qazaxıstan ölkədə doğum səviyyəsinin aşağı düşməsi səbəbindən elektrik döş pompalarının alışını kəskin şəkildə artırıb.
"Bloomberg" mənbələri etiraf edir ki, məişət texnikasının bəzi komponentləri və mikrosxemləri hərbi məqsədlər üçün istifadə edilə bilər. Bu, Brüsseldə narahatlıq yaradır.
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, sentyabr ayında paralel idxal çərçivəsində Rusiyaya dəyəri 9 milyard dollardan çox olan bir milyon tondan çox müxtəlif mallar gətirilib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ, Britaniya və Aİ Moskvaya qarşı sanksiyalar tətbiq edib. Fevralın sonundan etibarən qadağalar bir neçə dəfə sərtləşdirilib. Məhdudiyyətlər neft-qaz sənayesi ilə yanaşı zərgərlik məmulatlarına, kosmetika və tütün məmulatlarına da aiddir.
"AzPolitika.info"


Şərhlər