Menu

Ukrayna Moskvaya zərbə endirə bilərmi? – Hərbi ekspert cavab verir

01.11.2022, 01:35
Ukrayna Moskvaya zərbə endirə bilərmi? – Hərbi ekspert cavab verir

Ukrayna Qərbin tədarük etdiyi pilotsuz aparatlardan və ya öz stehsal məhsullarından Sevastopol buxtasına zərbə üçün istifadə edə bildi. Hətta “Şahid-136” tipli ən primitiv PUA da Moskvaya qədər uça bilər.

Bu barədə hərbi ekspert Yuri Fyodorov rusiyalı hüquq müdafiəçisi Mark Feyginlə təmas zamanı danışıb («UNİAN»).

«Mokvada köhnə çağırış (vetxozovet) prinsipini unudublar: «Gözə - göz, dişə - diş». Bu tarixçədə, Sevastopola zərbə ilə bərabər, mənim nəzərimcə iki çox maraqlı an var. Birincisi - hansı pilotsuz uçan aparatla zərbə endirilib. Rusiya Müdafiə Nazirliyinin xəbərində doqquz pilotsuz hava və yeddi suüstü dəniz aparatı barədə danışılır. ABŞ-dan Ukraynaya «Switch Blade 600» adlanan pilotsuz aparat tədarük olunur - bu, pilotsuz-kamikadzedir, təxminən “Şahid”lə eyni təyinatlıdır. O, sadəcə partlayıcı maddə ilə birlikdə lazımi yerə düşür, döyüş sursatını tullamır, partlayıcı ilə birlikdə hədəfə uçur və onu məhv edir».

AzPoltika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol