DTX MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRDİ - Nazirliyinin 14 əməkdaşı saxlanıldı + VİDEO (Yenilənir)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı 14 nəfər saxlanılıb.

Bu barədə “Caliber” xəbər verir.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir vəzifəli şəxsin adı məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı nazir müavini istintaqa cəlb edilib. APA xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nın keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. 

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir. APA xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Saxlanılanlar arasında Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Dövlətini sevən 2022-11-01 22:56:04

Yoxlamalar həy yerdə olmalıdır, çünki hər yerdə eyni vəziyyətdir, savadsız kadrları yüksək vəzifəyə təyin edirlər . Onlardan biri Şəki Regional Mədəniyyət İdarəinə müdir təyin etdikləri Azərdir ! Azərin heç bir İdarəçilik təcrübəi, səriştəsi, savadı yoxdur ? Onu birdən birə böyük bir İdarəyə müdir təyin ediblər, nəyin sayəsində ? Bəyəm 4000 işçisi olan Şəki Regional Mədəniyyət İdarəinə bir nəfər layiq olmadı ki, müdir təyin etsinllər ? Ondan başqa heç bir savadı olmayan, səriştəsiz bir adam Şəki Mədəniyyət İdarəsinin Həmkarlar Təşkilatına 35 ildir ki, Rəhman Məmmədov rəhbərlik edir ? Mədəniyyət İdarələri kadr səbəbindən məhv olub gedir ? DTX xahiş edirik yolunuzu Şəkiyə salın ?

Səadət 2022-11-01 12:54:23

Belə bir yoxlama da Ağdaş regional mədəniyyət idarəsində də keçirilməlidir. Açıq, qorxub, utanmadan rüşvət və korrupsiya ilə məşğuldular

Son yazılar