Akademiklər Adil Qəribov və Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad olunublar.
"Report" xəbər verir ki, bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub.
Belə ki, iclasda akademiklər Adil Qəribov və Fikrət Əliyevin bu vaxta qədərki səmərəli fəaliyyəti qeyd edilməklə Rəyasət Heyətinin üzvlüyündən azad olunmaları məsələsi həll edilib.
Hər iki tanınmış alim AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.


Şərhlər
Kim hara təyin olunursa elə bilki dədəsinin Mülküdür ! İstədiyini edir, vətəndaşın müraciətinə əhəmiyyətdə verməyir, qəbulda etmir, özünü "padşah" hesab edir . Onun qanunsuz əməlləri aidiyyatı qurumlar tərəfindən stop qoyulmur, Bu səbəbli sosial narazılıqlar artmaqda davam edir ? Məmurların özbaşnalıqlarına son qoyulmalıdır !
Görünür,İsa Həbibbəyli onların yerinə ....gətirəcək.