Azərbaycanda gələn il pensiyaçılar üçün yaşayış minimumu 199 manat olacaq.
"Report"un xəbərinə görə, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.
Qeyd edilib ki, növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub. Bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir.


Şərhlər
Bu necə hesablamadır?Səfər Əbiyevin itlərinin gündəlik yemək pulu 200 manatdan çox idi.Belə yaşayış "minimumu" məhkumlar üçün nəzərdə tutulur.