"Rusiya artıq Ermənistanla Azərbaycan arasında problemlərin həllində vasitəçidir və bu, kifayət edir".
"AzPolitika.info" xəbər verir ki, bunu noyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi Stanislav Zas ilə görüşündə bildirib.
“Müharibə başa çatıb və onun necə bitdiyi hamıya aydındır. Tərəflər qərara gəldilər ki, onlara vasitəçi lazımdır. Bu, normadır, klassik yanaşmadır. Təbii ki, vasitəçi Rusiyadır və ona üz tutdular. Rusiya Qarabağa yüzlərlə hərbçi yerləşdirib. Biz təyyarələrin ora necə uçduğunu xatırlayırıq",-Lukaşenko qeyd edib.
Belarus Prezidenti əlavə edib ki, Putinin dediyi kimi Rusiya sərhədçiləri Ermənistanın bütün sərhədlərindədir - Türkiyə, İran və Ermənistanla Azərbaycan arasında və s: "Yaxşı, başqa nə lazımdır? Qoy bu istiqamətdə çalışmalar davam etsin. Əbəs yerə deməmişəm ki, müəyyən oyunlar gedir. Mən başa düşürəm ki, oyun nədir, nə üçün Avropa İttifaqını, ATƏT-i ora sürükləyiblər. Onlar orada nə edəcəklər. Onsuz da orada vasitəçi var, bəs onlar nə iş görəcəklər? KTMT-ni prosesə cəlb etmək lazımdır".
"AzPolitika.info"


Şərhlər