Noyabrın 1-də jurnalistlərə açıqlama verən Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Soçidəki görüşdən umduqlarını ala bilməyə ermənilərin “könlünü almaq” üçün həddini aşan açıqlamalar verib.
"AzPolitika.info" xəbər verir ki,Kopırkin Qarabağda azsaylı erməni əhalisinin “statusu” məsələsinin gələcək nəsillərin öhdəsinə buraxılmalı olduğunu iddia edib. Bununla da Soçidəki görüşdən “statusla” bağlı vəd alacaqlarını gözləyən ermənilərə səbrli olmağı məsləhət görüb.
O, Soçidə keçirilən üçtərəfli görüşü vacib adlandırıb və Rusiya prezidentinin bütün məsələlərdə razılığa gəlməyin mümkün olmadığı barədə sözlərini xatırladıb.
O, Rusiya prezidenti Vladimir Putinin sözlərini təkrarlayaraq vurğulayıb ki, qəbul edilən bütün qərarlarErmənistan və Azərbaycan arasında razılaşmanın məhsulu olmalıdır.
“Sülh müqaviləsi və ora daxil edilməli olan müddəalara gəlincə, Soçi görüşün nəticələrinə əsasən, hələ razılaşdırıla bilməyən, üzərində iş aparılmalı olan məsələlər var”, - deyə səfir fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Soçidə prezident V.Putinlə görüşdə bildirib ki, Qarabağ münaqişəsi bitib və artıq tarixdir. Azərbaycanın mövqeyi 10 noyabr bəyanatına əsaslanır, bu, Kremlin və İrəvanın hazırda sərgilədiyi mövqe ilə diametral ziddiyət təşkil edir.
Soçidəki görüşdə də Prezident Əliyev Bakının haqlı mövqeyini qarşı tərəflərini qəbul etməsinə nail olub.
"AzPolitika.info"


Şərhlər
Rusiya ne qeder böyük ( erazisi) ve “ qüdretli olsa da onun dövlet memurları hemile pullu ermenilerin tulası olub ve onlar terefinden yemlenibler.Ruslar dünyada tek tek milletlerdendir onlar üçğn Müqeddes heç ne yoxdur ne Allah tanıyurler ne dine etiqad edirler,ne de valideynine ehtiram.Yaxın tarixde görmedik Qorbaçıv ve arvadına tülvet okaraq bahalı brilşantlar verib “Qarabağ meselesini qaldırdılar be da bu gün neticesi-0.Qurbıv öz elinin altında işleyenler Aqanbekysn,Şahnazaryan idare edirdiler.Bu sifir kimdir ki ,onun sözü ne olsun.
Daldan atılan daş. Səfir ne etməlidi Təbii ki, məcburdu ermənilərə "daloy-daloy" desin.