Menu

Sabiq icra başçısının qızı dövlət qurumunu məhkəməyə verdi

01.11.2022, 16:16
Sabiq icra başçısının qızı dövlət qurumunu məhkəməyə verdi

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın qızı dövlət qurumunu məhkəməyə verib.

Ölkə.Az xəbər verir ki, Gülməmmədova Vüsalə Yolçu qızı “Azərsu” ASC ilə bağlı məhkəməyə müraciət edib.

Hakim Emin Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmə işinin mahiyyəti maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrdir.

Qeyd edək ki, İradə Gülməmmədova 2022-ci il yanvarın 19-da Abşeron rayonunun icra başçısı vəzifəsindən azad olunub.

Onun qızı V. Gülməmmədovanın bir sıra şirkətlərə rəhbərlik etdiyi bildirilir. Belə ki, onlardan biri V. Gülməmmədovanın qanuni təmsilçisi olduğu “Zümrüd Körpələr Evi-Uşaq Bağçası” MMC-dir.

Şərhlər

Camaat 2022-11-03 15:59:45

Bunı qadın antimilli ünsürdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol