Menu

"Moskva Ukrayna ilə istənilən təmaslara hazırdır" - Rusiya XİN

02.11.2022, 15:24
"Moskva Ukrayna ilə istənilən təmaslara hazırdır" - Rusiya XİN

Moskva Ukrayna ilə bağlı danışıqlar prosesində istənilən təmaslara hazırdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN sözçüsü bununla belə, ölkəsinin Ukrayna ilə bağlı danışıqlar prosesində milli maraqlardan çıxış edəcəyini söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol