“İRANI TEZLİKLƏ AZAD EDƏCƏYİK..." - Baydendən sensasiyalı bəyanat

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı bildirib.

Dövlət başçısı görüş keçirən vaxt onlarla nümayişçi İrandakı etirazçıları dəstəkləyən plakatlarla küçələrə çıxıb.

C.Bayden İrandakı vəziyyətlə bağlı görüləcək tədbirlər haqqında ətraflı məlumat verməyib. ABŞ-ın Milli Təhlükəsizlik Şurası da məsələyə aydınlıq gətirməyib.

İran Prezidentinin Baydenə cavabı isə özünü çox gözlətməyib. 

İRNA xəbər verir ki, İbrahim Rəisi ABŞ-ın müharibələrdə və qan tökülmələrində aparıcı rol oynadığını, xalqların maraqlarını öz maraqları naminə məhv etdiyini bildirib. O, ABŞ Prezidenti Co Baydeni İrandakı iğtişaşları dəstəkləməkdə ittiham edib.

İran Prezidentinin sözlərinə görə, bu gün imperializmin simvolu ABŞ-da hökmranlıq edən sistemdir. O, Amerikanı “böyük şeytan” adlandırıb.

İbrahim Rəisi çıxışının sonunda belə deyib: “Bir neçə saat əvvəl ABŞ Prezidentinin İranı azad etmək istədikləri ilə bağlı açıqlamalarını eşitdim. Baydenə demək istəyirəm: İran 43 il bundan əvvəl azad edilib və biz heç vaxt sağmal inək olmayacağıq!”

"AzPolitika"

635x100

Şərhlər

Bəhrami 2022-11-04 18:14:51

Çətinki, Fransa və digər mərkəzin təxribatları ilə xalqı gələcək enerji gücünə, əslində ABŞ və şaha qarşı qoyan "İranı" tezliklə kəndinə gətirəsiniz?

Son yazılar