Menu

ŞÖBƏ MÜDİRİNİN NƏDƏ İTTİHAM OLUNDUĞU AÇIQLANDI

04.11.2022, 13:33
ŞÖBƏ MÜDİRİNİN NƏDƏ İTTİHAM OLUNDUĞU AÇIQLANDI

Bir neçə gün əvvəl həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun nədə ittiham olunması məlum olub.

Nazirliyin şöbə müdiri xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

İlkin Nəsibova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, İlkin Nəsibov Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, əməliyyat zamanı mədəniyyət nazirini birinci müavini Elnur Əliyevin də istintaqa cəlb olunub. Lakin onun barəsindəyaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol