"PUTİNİ UKRAYNADA QƏLƏBƏYƏ ONLAR İNANDIRIB" - “Qərar 2021-ci ilin yayında verilib...”

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və FSB direktoru Aleksandr Bortnikov Ukraynaya silahlı müdaxilənin ən qatı tərəfdarları olub, faktiki olaraq prezident Vladimir Putini əməliyyata başlamağa inandırıblar. Bu barədə Britaniyanın “The Times” nəşri yazıb.

Jurnalist Ouen iddia edir ki, digər mənbələrlə yanaşı, işğala hazırlıq tarixi ilə tanış olan Rusiya rəsmiləri ilə söhbətlərə əsaslanır.

Müəllifin fikrincə, Patruşev, Bortnikov və Rusiya hüquq-mühafizə orqanların, onların çevrələri Ukraynaya “qabaqlayıcı” zərbənin vacibliyinə əmin idilər. Bu komanda Rusiyanı guya Qərbdən gələn böyüyən strateji təhlükədən xilas etməyin vacibliyini müdafiə edirdilər.

İddialara görə, Rusiya Qvardiyasının direktoru Viktor Zolotov qapadılmış “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktovla söhbətində bildirib ki, “Ukrayna yoxdur”, sadəcə olaraq Amerika və Rusiya arasında sərhədin keçdiyi ərazi var.

İşğalı birbaşa hazırlayanlar arasında Putinin özü ilə yanaşı Patruşev, Bortnikov və müdafiə naziri Sergey Şoyqunun da adı var. Lakin onun ideoloq yox, eyni zamanda bəzən tərəddüd göstərən ifaçı rolunu oynadığı deyilir.

Eyni zamanda, Patruşev Putinin ətrafının ən önəmli fiqurunun adıdır. Nəşr burada COVID-19 pandemiyasının başlanmasından sonra Rusiya Prezidentinin təcrid olunmasının mühüm rolunu qeyd edir.

Putinin məsləhətləşdiyi insanların dairəsi əhəmiyyətli dərəcədə azalıb və Ukrayna üzərində nəzarətin həyata keçirilməsinin vacibliyinə inanan insanlar qalıb.

Beləliklə Kreml rəhbərinin yaxın ətrafında Qərblə döyüşmək istəyənlərin sayı çoxluq təşkil etməyə başladı. Onlardan birinin iş adamı Yuri Kovalçuk olduğu bildirilir.

Müharibə ilə bağlı əsas qərar, 2021-ci ilin yayının sonunda verilib. Xarici işlər naziri Sergey Lavrova isə müharibədən qaçmaq üçün Qərbdən daha çox güzəşt almağa çalışmaq tapşırılıb. İddialara görə, Lavrovun özü də qarşıdurmanın sülh yolu ilə nəticələnməsinə nail olmaq istəyirdi və əmin idi ki, Putin də bunu istəyir.

Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin dekabrında tərtib etdiyi sözdə "təhlükəsizlik zəmanəti" tələbləri Qərb üçün məqbul deyildi. Eyni zamanda, “The Times”ın qeyd etdiyi kimi, Qərb diplomatları, o cümlədən Britaniya diplomatları bu tələbləri yanlış şərh etdilər.Onlar hesab edirdilər ki, Rusiya danışıqlar aparmaq və Qərbi güzəştin bir hissəsi kimi bəzi güzəştlərə getməyin zəruriliyinə inandırmaq istəyir. Əslində, söhbət ultimatumdan gedirdi.

“The Times” yazır ki, Rusiya elitasının əksəriyyəti, hətta Təhlükəsizlik Şurasının üzvləri belə, Putinin fevralın 21-dək müharibəyə başlamaq qərarından xəbəri olmayıb. Putinin mətbuat katibi Dmitri Peskov müharibə başlayandan sonra şəxsi söhbətində bildirib ki, Təhlükəsizlik Şurasının əksər üzvlərinə (məsələn, Lavrov da daxil olmaqla) Kiyevə qarşı gözlənilən hücum barədə yalnız bu qurumun iclasından sonra məlumat verilib.

Peskov bildirib ki, fevralın 21-də iştirkaçılara Təhlükəsizlik Şurasının iclasının canlı yayımlanacağı bildirilib. Əslində isə göstərilməyib və daha sonra efirə verilib.

İddialara görə, Putinin qondarma xüsusi əməliyyata başlamaq çağırışı fevralın 23-də qeydə alınıb. Ertəsi gün səhər tezdən Ukraynaya geniş miqyaslı işğala start verilib.

Rusiya hakimiyyətinin nümayəndələri hələ ki, Times-ın materialını şərh etməyiblər.

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Bəhrami 2022-11-04 22:48:08

Sivil dövlətdə Hökumət üzvü sahəsinə aid uyğunsuz qərara görə dərhal istefa verir! Kremldə Müharibə cinayətinə razı deyillərsə, XİN siyasi xətaya, Baş Nazir iqtisadi zərərə görə istefa verə bilərdilər? Əski müttəfiqi Ukrayna ilə müharibənin hər hansı nətcəsi RF üçün qələbə sayıla bilməz!

Son yazılar