“Bu gün İran rejimi İslam pərdəsi altında ölkəmizdə və dünyada çirkin məqsədlərini həyata keçirməyə çalışır. Molla rejiminin təxribatları və atdığı addımlar bunu bir daha təsdiq edir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədov deyib ki, bu gün İran özünün şiə dövləti olduğunu iddia etsə də ,əslində onun əməlləri şiəliyin prinsiplərinə də uyğun gəlmir: “İran bu gün şiəliyi deyil, Xomeyniliyi təbliğ edir və bundan şiə məzhəbinə mənsub insanların yaşadıqları ölkələrdə təsir gücünü artırmaq üçün istifadə edir. Xomeynilik şiəlik deyil. Bunu hər kəs bilməlidir. İran rejiminin bu davranışları islam dəyərlərinə tamamilə ziddir. Bu gün İran öz çirkin əməlləri ilə İslamı, şiəliyi də gözdən salır. Bu gün İranın bu siyasətindən ən çox elə şiələr əziyyət çəkir. Bu gün əksər müsəlman ölkələrindəki münaqişələrin arxasında İran durur. Budurmu İslam? İslam bunumu təbliğ edir? Əgər İran şiə dövlətidirsə, niyə müsəlman qardaşlarının deyil, Ermənistanın yanındadır, onun güclənməsi üçün səylə çalışır?
Bu əməlləri ilə İran özünü ifşa edir və İslamdan öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə etdiyini açıq göstərir. Bir müddət bundan əvvəl ofisi Azərbaycanda bağlanmış Seyid Əli Əkbər Ocaqnejat Bakıda İranın çirkin niyyətlərini həyata keçirmək üçün səylə çalışırdı. Azərbaycan vaxtında bu şəxsi ölkədən çıxararaq onun ofisini bağladı”.
Deputat qeyd edib ki, bu gün İran eyni zamanda Azərbaycan vətəndaşlarını dini ziyarət pərdəsi altında İrana apararaq zəhərli ideologiyalarla zəhərləyir: “Digər bir məsələ İran İslamın 5 əsas şərtindən birinə - Həcc ziyarətinə qarşı alternativ olaraq Ərbəin ziyarətini yaradıb və İran rejimi bundan həm Səudiyyə Ərəbistanla mübarizədə istifadə edir, həm İslam dininin parçalanmasını dərinləşdirir, həm də Kərbəla ziyarəti üzərindən qurduğu biznesi inkişaf etdirir. Digər bir sual İran Əhli-Beytin müqəddəs məkanlarına – həm Kərbəla-Nəcəf, həm Məşhəd-Qum səfərlərindən nə qədər pul qazanır və bu pulları hara xərcləyir? Proseslərin təhlili göstərir ki, İran rejimi əldə olunan gəlirlər İranın başqa ölkələrdə silahlı dəstələrin maliyyələşməsinə xərclənir. Bu da İran rejiminin əsil mahiyyətindən xəbər verir”.


Şərhlər
"İran Tiryək Respublikası" deyilən faciə İslam dünyasına bu dərsi verdi:müsliman xalqlar gördülər ki,mollalara hakimiyyət verməyin nəticəsi necə olur.Hakimiyyət başında oturmuş molla hakimiyyət başında oturmuş qatı ateist bolşevik kimi qəddar,zalım,qaniçən,amansız olurmuş.Hakimiyyətdən də elə bolşeviklər kimi dördəlli yapışar molla;çünki bilir ki taxt-tacı buraxan kimi Mussolini kimi ayaqlarından asacaqlar,hələ arxasına butulka da soxacaqlar.Qriboyedov kimi atın quyruğuna bağlayıb küçələrdə sürüyəcəklər.Mollanınki elə qəbiristanlıq imiş vallah,qəbir üstünə gedənlər beşdən-ondan verib Yasin oxutdursunlar,vəssalam.Qəbiristanlıqdan kənara çıxdımı,qolundan tutub təzədən salasan qəbiristanlığa.Orta əsrlərdə camaatın çoxusu savadsız idi,ona görə onlara Yasin oxutdururdular.İndi maşallah hərf tanımayan yoxdu.Ağlı başında olan adam cibinin heç o beş-on manatını da onlara verməz ki,Yasin oxu ölülərim üçün.Al özün oxu da.Oxuya bilmirsənmi?Ərəbcə bilmirsənsə latın əlifbasıynan olanını oxu,kirilcə olanını oxu.Amma özün oxu yəni.Oxutdurmaq nədi yəni?Bəziləri buna bir mərasim kimi də baxır hətta.Deyirlər filankəs qəbir üstünə gedibdi,Yasin də oxutdurubdu mollaya.Həm də oxutdurubdu yox,rayon yerlərində "oxütdürüfdyü".Yəni əgər belə edibsə demək həmin o filankəs əsil dədə-baba qaydasıyla gedəndi,özü oxümüyüfdyü,oxütdürüfdyü.Çünki bilir ki molla deyilən şey evlərin damlarına qoyulan ildırımötürücü kimi bir şeydi,yalnız onun əlaqəsi var göylərlə.Göydən gələn enerjini yalnız odur ildırımötürən kimi Yerə və insanlara ötürən.O oxüyüfdyüsə demək getdi çatdı Allaha.Yox,o oxümüyüfdyüsə demək boşuna getdin qəbiristanlığa.
Açığı heç bir deputaa simpatiyam yoxdur. Amma etiraf etməliyəm ki, bu deputatla tamamilə həmfikirəm. Kişi İran məsələsində hər şeyi düppədüz deyir.
İran müsəlmançılığz bir ləkədir.Azərbaycan xalqı bilməlidir ki, İranın İslama aidiyyəti yoxdur.İranın - İlanın sifəti hamıya məlum olmalıdır.
Çox düzgün deyir, bizim cahil insanlarımız da farsın şiə müsəlmanı olduğunu düşünüb xomeyninin yolu ilə gedirlər, islami məzhəblərə bölünməsində farslara dəstək olurlar özləri də bilmədən.