Menu

Türkiyə yığması çətin sınaq qarşısında

12.11.2014, 20:22
Türkiyə yığması çətin sınaq qarşısında

Bu gün milli komandalar arasında növbəti yoxlama oyunları keçiriləcək.

ANS PRESS-in məlumatına görə, Türkiyə yığması Braziliyanı qəbul edəcək. "Şükrü Saracoğlu" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.

Hollandiya millisi İslandiyanı sınağa çəkəcək. Bu gecə həmçinin Belçika və İslandiya milliləri də qarşılaşacaq.

Qeyd edək ki, milli komandamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən Norveç Estoniya, Xorvatiya Argentina ilə qarşılaşacaq.

Yoxlama oyunu

12 noyabr

16.45 Malaziya - Suriya

22.30 Türkiyə - Braziliya

23.30 Hollandiya - Meksika

23.45 Belçika - İslandiya

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol