Menu

"İran dronların tədarükü fonunda Rusiyadan bərabərhüquqlu münasibətlər tələb edəcək" - İnstitut

06.11.2022, 10:35
"İran dronların tədarükü fonunda Rusiyadan bərabərhüquqlu münasibətlər tələb edəcək" - İnstitut

İran nüvə proqramının həyata keçirilməsində yardım müqabilində Rusiyanın kamikadze dronların tədarükündən asılılığından istifadə etməyə başlayıb.

“Report” xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu gəlib.

Rusiya yüksəkdəqiqlikli hərbi sursatlar arsenalının tükənməsi problemini həll etmək üçün İran istehsalı silah sistemləri alır. Təhlilçilər fikrincə, Tehran hökuməti, çox güman ki, öz nüvə proqramını reallaşdırmasında yardım etməsi barədə Moskvaya müraciət etmək üçün artıq Rusiyanın İran istehsalı silahlardan asılılığından istifadə edir:

“Nüvə sahəsində yardım xahişi və PUA tədarükünün etirafı – hər ikisi onu göstərir ki, İran rəsmiləri, çox güman ki, Rusiya ilə bərabərhüquqlu tərəfdaş olacaqları ikitərəfli təhlükəsizlik münasibətlərini daha dəqiq müəyyən etmək niyyətindədirlər”.

Şərhlər

korrektor 2022-11-06 16:12:14

ruslar əgər nüvə texnologiyasını irana ötürsələr, sizi inandırıram ki, mollalar ilk sınaqlarını bizim üstümüzdə edəcəklər!

qaraguruh 2022-11-06 10:56:17

Allah və yalnız O ! --qatil və xainləri gec də olsa mütləq cəzalandıran--bu qədər aydın subutlar ola ola yenə də öldürülər--xainlik edilər---Allah istəyəndə çox qüdrətləri sıfırayır--.-

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol